-böyük itkilərə məruz qalan adamlarda çox vaxt belə hal olur.”
Və bu məyusluqdan qüvvətli etiraz yarana bilər. Hansı ki, mənsub olduğu yaşamından ayrılmış Nelli, iztirablı həyat yaşamış balaca qızcığaz, həyata tutunmaq üçün bu etirazından bərk yapışmışdı. Sevginin necə göstərildiyini yaxud ifadə edildiyini bilmədiyi üçün emosiyaları tez-tez dəyişir və ətrafı tərəfindən anlaşılmayan bataqlığa qərq olurdu.
Yazar, onun keçirdiyi emosiyaları o qədər aydın verib ki, əslində onun keçirdiyi hallar gözümün önündən getmirdi.
•Təbii ki, bu məyusluq burda bitmir, həyatını sevgi üzərinə məhv edən Nataşanın etirazı isə öz daxili aləminə, öz qəlbinə səslənirdi.
“Eşqə düşməzlər, ucalarlar”- deyirlər, amma ya ucalmaq əvəzinə düşməyi gözə alıbsa, bəs onda necə? Hansı daha qüvvətlidir?
Öz-özlüyündə yaşadıqlarını sorğuya çəkən Nataşa, insanların sevdiklərini necə öz mənafeləri üçün qurban verdiyini, xoş təəssürat yaratmaq üçün nələrdən keçdiyini anladıqdan sonra qəlbinə hakim kəsilir..)
•Basqalarının həyatına özündən çox müdaxilə edən yazar İvan isə, sevgili məhbubunun xoşbəxt olacağını zənn edərək, onu sevdiyi adama getməsinə razı olur. Buna baxmayaraq, onun daima yanında olur və hadisələri onun dilindən oxuyuruq.
Bəzən xoşbəxtlik sənin gözünün qarşısında olur amma sən qəlbinə məğlub olduğun zaman bu qapıdan uzaqlaşırsan, bəzənsə tam tərsi olur. Buna qismət də deyə bilərik, taleyin bir oyunu da.
•Oxuduğum zaman düşünürdüm ki, görəsən əsər insanların sosial mənafeyi olaraq alçalmasınımı nəzərdə tutub, yoxsa, daxili mənliklərinin yox olması ilə mi? Hər ikisi məncə daha uyğundur.
Daxili mənliyi olmayan kynazın mənafeyi uğrunda, işıqlı həyat yolu gözləyən insanların həyatına zülmət pərdəsi enmişdir.
Mövzusu müasir dövrümüzdə hələ də aktualdır.
Dostoyevskinin toxunduğu psixoloji nüanslar