Həyat əzbərlənmiş düstur deyil ki, hesablayıb hər dəfə eyni nəticəni alasan. Həyat deyildiyi kimi sürprizlərlə doludur. Bir sözlə həyat qapıları bağlasa da pəncərələri açıq qoyur.
Sən elə sevgisən hörmət içində,
Xəyalın zavaldan qoruyur məni.
Maraqlı kitabsan zülmət içində,
Lampa işığında oxuyum səni.
Romansan, şeirsən, qəzəlsən xanım,
Bildiyim mükəmməl əsərsən mənə.
Yanarsam qoy elə sevgidən yanım,
İnan ki, ürəkdən aşiqəm sənə.
Rəssamın işinə heyranam niyə ?
Üzünü nə gözəl çəkibdir Allah.
Könlümün dərmanı olasan deyə,
Sənintək mələyi yaratdı Vallah.
Gözəl bir çiçəksən könül bağımda,
Qıymıram baxmağa dəyməsin nəzər.
Xəyalın mənlədir durub sağımda,
Ürəyim səninçün şeirlər düzər.
Əziz Qənbərov