Mən vaxtımı ürəyim necə istəyirsə, elə keçirdirəm. Mən hər anımı sənin qoxunla, bədəninin istisi ilə, baxışlarınla, ürəyinin döyüntüsü ilə doldurmaq istəyirəm.
Lakin yeganə həqiqət odur ki, heyran olma duyğunuzu qoruyub saxladığınız müddətcə, həyatınızın hər günü sizə gözəl görünəcək. Şəxsən mən Coşa sağ gözümlə hər baxdığımda, bu duyğunu hiss edirəm. Əvvəl iki gözümlə baxıb heyran olurdum. Ancaq sizi əmin edirəm ki, bunun üçün bir göz də kifayət edir.
-Qardaş, sözünüzü kəsdiyim üçün məni bağışlayın, ancaq sizin həqiqətən göydəki ata ilə əlaqəniz varsa, ondan yer üzünə enib, bu qarmaqarışıqlığa son qoymasını xahiş edin. Müharibəni, aclığı, təbii fəlakətləri, xəstəlikləri və s... Bir də ondan soruşa bilərsinizmi ki, mənim yaşımda olan qızlar və ya uşaqların nə üçün başlarında şiş olur? Yəqin ki, bunun bir hikmətinin olduğunu və bizim bu hikməti anlamamızın vacib olmadığını deyəcəksiniz. Hansı səbəb bir insanın hələ həyatını yaşamadan ölüb getməsinə bir əsas verə bilər? Göylərdəki o ataya deyin ki, o nə vaxt mənə inansa, mən də o zaman ona inanacam.