Ancaq sən yanımda olmayandan sonra dünyaya necə baxacam? Gülüşün olmadan günlərim necə aydınlanacaq? Sənə danışmayandan sonra bir kitabı oxumağın nə mənası olacaq? Görünür, həyatın mənası həyatın bizə verdiyi mənalarda gizlidir. Qoxunu hiss etmədən, səsini eşitmədən, baxışlarını görmədən, əllərini tutmadan necə yaşayacam?
Bizim nəyə inandığımızın bir önəmi yoxdur. Əsas olan bizi biz edən sevgimizdir. Əsl sevginin nə olduğunu mən səndən öyrəndim. Əsas olan heç bir şeydən qorxmadan bütün mənliyini qarşındakı insana verməkdir.