Qorxu cəzadan dəhşətlidir, çünki cəza nəsə bir müəyyənlikdir, az, ya da çox, hər halda, qeyri- müəyyənlikdən, gərginliyin bu qorxulu sonsuzluğundan çox-çox yaxşıdır.
İrene axşama qədər olan saatları saydı və qorxdu ki, necə də çoxdur, necə də qəribədir, vidalaşmağa adama necə də az vaxt lazım olur və özünlə götürə bilməyəcəyini biləndə hər şey necə də dəyərsizləşir