Filologiya üzrə professor Martin Puchner səyahət dolu əsəri “Kelimelerle dünya tarihi” yazı və ədəbiyyatın tarixini ələ alır. Lakin kitab o qədər maraqlı və axıcıdır ki, oxuduğunuz zaman İskəndər və yanından ayırmadığı kitabla tanış olacaq, yəhudilik və ilk kitabın tarixçəsini öyrənəcək, ilk roman yazıçısının Çin diyarından çıxan qadın olduğuna təəccüblənəcək, Orhan Pamukla İstanbulu gəzib Goethe’ylə 18-ci əsrə qayıdacaqsız.
Bütün bunlar sadəcə bir qismidir və kitabda sizi daha maraqlı məlumatlar gözləyir.