Elis Library

Elis Library
@Elis_Library
Half woman, half book and whole miracle…
Kahve Soğumadan Önce
10/10
·200 syf.··
Beğendi
·
2025 4. kitabı
·
43 günde okudu
·
Okunma: 27 Aralık 2025 22:19
Sadə, yormayan, təsirli və yaddaqalan… Bu roman 4 fərqli insanın hekayəsini ələ alır. Onların keçmişə qayıtmağının ortaq cəhəti əslində bizə də çox tanışdır: peşman olduğumuz qərarlar, addımlar, demədiyimiz sözlər…Burada keçmişə qayıdanlar bugünü dəyişdirə bilməz. Bəs onda bunun bir mənası qalırmı? Kitabın əsas təsirli tərəfi də, bu suala cavab tapmaqdır… İlk oxuduğum hekayə diqqətimi çəkməsə də, digər üç hekayə mənə çox təsir etdi. Ən bəyəndiyim hissəsi sadə, yormayan və ağırlaşmayan dildə yazılmasına baxmayaraq, obrazların hisslərini, hekayələrini çox yaxından duya bilirsən. Burada zamanda səyahət fantastik fikir kimi diqqəti pozmur, əksinə fərqli ümid yaradır. İlk başda aşina olmadığım yapon adları məni çaşdırsa da, yaxşı ki bütün hekayələrdə eyni insanlar yer alır. Mən bu kitabı çox sevdim və oxumaqdan zövq aldım. Siz də çox yormayan amma ağlınızda qalan kitab istəyirsizsə mütləq OXUYUN
Hayat ve İnsan
Kahve Soğumadan ÖnceToshikazu Kawaguchi · Epsilon Yayınevi · 202110bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Elis Library

, bir kitap okudu
10/10
·200 syf.··
Beğendi
·
43 günde okudu
·
2025 4. kitabı
Toshikazu Kawaguchi
7.7/10 · 10bin okunma

Elis Library

, bir kitap okudu
10/10
·144 syf.··
Beğendi
·
63 günde okudu
·
2025 3. kitabı
Baek Se-hee
6.5/10 · 8,5bin okunma
Kiçik amma böyük
10/10
·144 syf.··
Beğendi
·
2025 3. kitabı
·
63 günde okudu
·
Okunma: 15 Kasım 2025 22:40
Kitabı oxuduğum müddətdə yazıçının ölüm xəbərini aldım və daha sonra kitabı oxumaq daha ağır gəlməyə başladı. Baek Sehee’nin mübarizə apardığı mövzular bu gün çox insanın həyatında yer alan dərinliklərdir. O, yaşadığı travmalar, depressiya, daxili boşluq və özü ilə apardığı mübarizəni qələmə alıb bölüşməklə ilk növbədə bunu yaşayanlara “tək deyilsiz” mesajını verdi. Onun açıq ifadələri sanki digərlərinin dilə gətirə bilmədiyi düşüncələr və hisslər oldu. O, özü də kitabın ən başında tək olma qorxusunu yaşadığını bildirmişdi. Məncə kitabın sevilmə səbəbi ən çox bu oldu. “It was like a light was shining into the darkness of other life.” Digər tərəfdən isə psixiatr dəyərləndirməsi, cavabları, yanaşması gözlədiyim kimi olmadı. Mütəxəssisin klinik analizləri sadə, səthi və bir o qədər də soyuq idi. Özü də bunun fərqində olduğunu kitab hazır olanda bildirib. But Baek’in 10 il psixiatr dəstəyi aldığını nəzərə alsaq tənqid belə etmək olar psixiatrı. Kitabda yaşamağın kiçik amma əhəmiyyətli parçalarda olduğunun vurğulanması da (məsələn tteokbokki) gözümdən qaçmadı. Baek Se-heeBaek Se-hee
Psikoloji
Ölmek İstiyorum ama Tteokbokki de Yemek İstiyorumBaek Se-hee · Nova Kitap · 20248,5bin okunma
Dibe vurmak iyidir
Psikiyatrist: Suya battığımızda ayaklarımızın altında zemini, dibi hissetmek iyi gelebilir, çünkü kendimizi tekrar yukarı itebileceğimizi biliriz. Fakat hayatınızdaki zemini hissedemiyorsanız, korku fazla gelebilir.
Sayfa 114·Kitabı okudu
Psikoloji