Qəribədi ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdinin dərmanını bilib əlinlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər?
Həyatda yaxşı hadisələr və pis hadisələr baş vermir. Sadəcə, hadisələr baş verir və biz onları qiymətləndiririk. Hər hansı hadisə konkret "pis" və ya "yaxşı" deyil. Onu sən qiymətləndirirsən necə olduğunu və sən necə qiymətləndirsən hadisə elədi. Hər bir sənə pis görünən vəziyyəti analiz edib yaxşıya doğru dəyişmək olar. Hər bir yaxşı görünən vəziyyəti də pisə doğru.