Qorxur ki, nə vaxtsa özünə rast gələ bilər, bilir ki, dünyada belə bir güzgü var, ona baxmaq vacibdir, ancaq həmin güzgüyə baxmaqdan da ölümü qədər qorxur.
Düzdür ki, o özünü çox istəyir, yoxsa sevmir, nifrət edir özünə, lakin bir az düşünüb qərara aldı ki, nə elədir, nə belə: o, sadəcə, özünə qarşı biganə idi- özü üçün heç idi, heçlikdə isə nə yaxın, nə uzaq, göz ilişdirəsi heç nə olur, axı olmayan şeyə necə zilləyəsən gözünü.