Esmira Əhmədova

10/10
·712 syf.··
2024 4. kitabı
·
201 günde okudu
·
Okunma: 25 Temmuz 2024 22:49
Bilim kurgu-fantastik janrda çox oxumasam da, əlimdən yerə qoymaq istəmədiyim kitablardan oldu. Düzü Dune serisini davam edib etməmək mövzusunda bir qədər qərarsızam ancaq ilk kitab elə bir təsir bağışladı ki, digər kitabları da oxumaq istəyi yaratdı. Mövzusuna görə səhifə sayının çoxluğu isə insanı heç yormur, hadisələr axıcı şəkildə davam edir. Filmini ilk dəfə izlədiyimdə hələ kitabı ilə tanış deyildim və bir o qədər anlamamışdım söhbətin nədən getdiyini və məni özünə cəlb etməmişdi. Kitabını oxuduqdan sonra hər şey dəyişdi üstünə bir də filmi izlədikdə isə hər şey tam yerinə oturdu. Fikrimcə kitabı oxuduqdan sonra filmi izləmək baş verənləri və incə detalları analamaqda daha yaxşı olacaq. Ps: kitabın arxasında lüğətin və xəritənin olması kitabın ən sevdiyim yanlarından biri oldu. Oxuyarkən lüğətdən istifadə etmək çox yardımcı olacaq. Bir sözlə bu kitabı oxuyun və oxutdurun. Xoş mütaliələr!
1000Kitap
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·240 syf.··
2023 15. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Aralık 2023 16:06
Bu kitabı ikinci dəfədir oxuyurdum. Bitirdikdən sonra bu qənaətə gəldim ki ilk oxuduğum zaman mən bu kitabı heç oxumamışam. Ya da heç doğru düzgün anlamadan oxumuşam çünki bu cür təsirə malik bir kitabı oxuduqdan sonra sarsılmamaq əldə deyil. Bəlkə də kitabı anlamağımıza yardımçı olan, bizi dərindən sarsan əslində orda bəhs edilən həyatlara bənzər həyatlara sahib olmağımız, ordakı personajların yaşadıqlarının bənzərini yaşamağımızdır. Hər bir halda Raifin yaşadığı hisslər bir çoxlarına bəlkə də tanışdır. Onun özü ilə apardığı mübarizədə, düşündüyü fikirlərin bir çoxunda tez tez özümü tapdım. Bir kitabı oxuduqdan sonra birbaşa inceleme yazmaq çətindir. Hələ bu kitab "Xəz paltolu Madonna'dırsa. Sadəcə bunu bugün yazmaq istədim ki, bu kitabı üçüncü dəfə oxumaq istədiyimdə mənə xatırlatsın məhz niyə bu kitab dəfələrlə oxunmağa layiqdir...
1000Kitap
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2026376,7bin okunma
10/10
·467 syf.··
2023 4. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Şubat 2023 00:07
Kitabı oxuyarkən ara sıra fasilə verib adı çəkilən personajların kim olduğunu xatırlamağa çalışdığım anlar oldu. Bu məsələdə başlarda biraz çətinlik çəkir insan. Çünki eyni ad həm valideynə həm də övladına aid olduğu üçün biraz qarışıqlıq yaranır. Ancaq bu əsərin bu qədər mükəmməl olmasına heç də təsir etmir. Yazıçının ilk və tək romanı olması üzücü bir haldır. Çünki bu cür qələmdən çıxmış daha neçə romanı oxumaq istəyərdim... Sevdiyim kitablar üçün etdiyim incələmələr əslində bir növ özüm üçündür. Çünki bu kitabı dönüb təkrar oxuma şansım olsa belə, kitab bitdiyi anda onun haqqında düşündüklərim və onu niyə bu qədər sevdiyimi oxumaq mənə sonradan maraqlı gəlir. Burdan sonrası SPOİLER ola bilər. -Başlarda Heatcliff'ə qarşı olunan münasibətə kədərlənsən də, sonda onun hər kəsdən bunun artıqlaması ilə intiqamını alması ona qarşı nifrət hissi oyadır. Bununla da bitmir sonda onun yaşadığı anlar, düşüncələrini və Nelly ilə tam paylaşa bilməsə belə çəkdiyi əzab yenə ona qarşı mərhəmət hissi yaradır oxucuda. -Catherine'nin yardımsevər, mərhəmətli olması, ən əsası isə sevgisinə sahib çıxmağı onu anasından əsaslı şəkildə fərqləndirir. Onun ilk başlarda Lintona qarşı səbrli davranmasını hər şeyə rəğmən onunla birlikdə xoşbəxt olmasına inanması insanı bir qədər çilədən çıxarır. Lakin sonda Hareton'la birlikdə daha xoşbəxt olduğunu oxumaq məni çox sevindirdi. Xüsusilə də onların birlikdə kitab oxuduğu, yazıçının təsvir etdiyi gözəl mənzərələri təpələrdə gəzintilərə çıxdıqları hissələri üzümdə gülümsəmə ilə oxudum. -Kitabı yeni bitirib incələməni yazdığım üçün kitabın sonlarından başına gedirmiş kimi oldum. Ancaq hər bir halda mənə çox təsir edən hissələr və personajlar haqqında yazmaq kifayət edər deyə düşündüm. - Uzun müddət ağlımdan çıxmayacaq səhnələrdən biri Catherine ilə
İnsan ve Duygular
Uğultulu TepelerEmily Brontë · Olympia Yayınları · 202058bin okunma
Kardeşimin Hikayesi
Puan vermedi·330 syf.··
2022 7. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Kasım 2022 23:17
Haradan necə başlayacağımı bilmədən yazmağa başladım indicə. Kitabı yeni bitirdim və nə yalan deyim mənə bu qədər təsir edəcəyini düşünməmişdim. Əslindən bu janrda kitab oxuyan bir çox oxuyucu kitabın ortalarına doğru az çox anlayır məsələnin nə olduğunu. Ahmet ve Mehmet Arslan'ın arasındakı bağlılığı, Kerberos'la keçən dialoqlar və s. Eyni zamanda cinayətkarın əslində həmin şəxsin olması və Livanelinin bunu sonda tapmaca ilə verməsi insanı son ana qədər səbrsizləndirir. Livanelinin anlatım tərzi, hadisələri canlandırma şəkli insanı yormayacaq şəkildə olduğu üçün, sanki kitabın səhifələri dayanmadan bir birinin ardınca su kimi axır. Kitabın anlatmaq istədiyi fikir mənim öz fikirlərimi də alt-üst etdiyi üçün, yazdıqlarımın bir anlamı olmadığını düşünməklə qənaətlənirəm. Bir müddət sonra unudub yenidən oxumaq istəyəcəyim bir kitab olduğu isə dəqiqdir.... Kardeşimin Hikayesi Zülfü Livaneli
Edebiyat & Roman
Kardeşimin HikayesiZülfü Livaneli · Doğan Kitap · 2019126,7bin okunma
Puan vermedi·484 syf.··
2021 5. kitabı
·
30 günde okudu
·
Okunma: 18 Temmuz 2021 18:36
"Serenad" özündə ən acı tarixi həqiqətləri əks etdirən əsərlərdəndir. Hər səhifəsində insanı heyrətləndirən hadisələr bir birini izləyir. Maya ilə birlikdə keçmiş tarixin izinə düşərək, bitməsini heç istəmədiyin bir macəraya qoşulursan sanki. Hər nə qədər maraqlı olsa da, kitabda bəhs edilən hadisələrin real həyatda baş verməsi insanı dərindən kədərləndirir. Həmçinin əsərdə o dövr üçün mümkünsüz, hətta qeyri-qanuni olaraq qiymətləndirilən alman və yahudi münasibətindən bəhs olunur. Yəni Maximilian ilə Nadianın əbədi sürən sevgisi, Maximilian'nın Nadia'ya qarşı olan sadiqliyi,ona pərəstiş etməsi öz əksini tapır. Sevginin ən gözəl ifadə vasitələrindən biri də onun musiqiyə,notlara tökülməsidir. Maximilian da eyni şəkildə sevgisini notlara tökür və dinləyənləri heyran edən "Serenad" əsərini qələmə alır. Kitabın sonunda isə insanı kədərlə qarışıq bir sevinc hissi, bəlkə də ən doğru şəkildə ifadə etsəm, rahatlıq hissi bürüyür...İkinci dəfə dönüb oxuyacağım kitablar siyahına düşdü artıq bu kitab...
SerenadZülfü Livaneli · Doğan Kitap · 2015164,2bin okunma