Eldar Əfəndiyev

Eldar Əfəndiyev
@F_ndiyevE
Həkim-Rezident
Azərbaycan Tibb Universiteti
Deggendorf, Almaniya
Sumqayıt, 14 Mayıs 2000
50 okur puanı
Ocak 2023 tarihinde katıldı

Eldar Əfəndiyev

, bir kitap okudu
8/10
·224 syf.·
Beğendi
·
26 saatte okudu
·
2024 9. kitabı
Samed Behrengi
8/10 · 2 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Kitabı heç vaxt üz qapağına görə alma.
4/10
·140 syf.··
2024 8. kitabı
·
10 günde okudu
·
Okunma: 21 Nisan 2024 00:21
Yaxşı ki, kitabı endirimlə 5 €-ya almışdım, yoxsa puluma yazığım gələrdi. Kitabla bağlı yaxşı tək cəhət: hekayənin mərkəzində real, hamımızın tanıya / gələcəkdə çevrilə biləcəyi, hər kəs tərəfindən unudulmuş, həyatda uğurlarından çox peşmançılığı olan, yalnız bir qoca kişi dayanır, hansı ki ömrünün qürub çağında bir dəfə də geriyə boylanır. Bəyənmədiyim: 1. Bu qoca kişinin həyatda payına düşən bədbəxtliklərin böyük hissəsinə layiq olmasına rəğmən yenə də gedişatda ona bəraət qazandırılması, halbuki o sevgidən yoxsun, eqoist, qəddar və cılız mərdiməzarın biridir. 2. Yazıçının qəhrəmanının dilindən özünün seksist, nasist, rasist, homofob, islamofob fikirlərini səsləndirməsi və bu fikirlərin əsərin gedişatında qətiyyən özünütənqidə məruz qalmadan oxucuya mütləq həqiqətlər kimi təqdim olunması. Ən çox da bəyənmədiyim obrazın real Almaniyada geniş yayılmış prototiplərinin olmasıdır. Onlar aramızdadır və çoxalırlar. Və onlar haqlarında yazılmış şirin bir üz qapağı olan romantik bir romana layiq deyillər. Kitabın üz qapağı və annotasiyası məni çox aldatdı. Ən böyük xəyal qırıqlıqlarımdan biri oldu bu əsər. Yaxşı ki populyar deyil.
Əfvolunmazlar
Herr Jonas Erwartet BesuchRainer Mauelshagen · ‎Books On Demand · 01 okunma
Qafiyəsi olmayan o söz
Sonralar, çox sonralar Hedwig anlamağa məcbur oldu ki, xoşbəxtlik əslində insanın artıq bədbəxt olduğunu düşünmədiyi bir vəziyyətdir. Və xoşbəxtlik həmişə bir təsadüfdür, təsadüflərsə heç də hər zaman xoşbəxtlik vəd etmir.
Sayfa 41·Kitabı okudu
Xoşbəxtlik
son gün.
Çimmək bu ötən həftələrdə heç bu qədər təravətləndirici olmamışdı. Külək heç belə ilıq əsməmişdi. Belə aydın parlamamışdı günəş. Bu son gündəki tək yox. Tətilin son günündəki kimi. Yay təravətinin son günündəki kimi. Qırmızı şərabın son qurtumu, sevginin son günü! Bir gün daha, bir qurtum daha, bir saat daha! Yarımca saat… Adam gərək ən dadlı anında dayansın.
Sayfa 125·Kitabı okudu
Son