Karl cavab vermədi, əvəzində isə Lidiya dedi:
— Yadında, biz Lübekdə ikən gördüyümüz, ancaq o vaxt ala bilmədiyimiz köhnə saatın üstündə nə yazılmışdı?
— Hə.
— Qoy illər danışsın.
gizlin bir yerdə günəşi əmmək; günortadan sonra işıq, hava və sudan sərxoş olub mürgülü-mürgülü evə qayıtmaq.
Səssizlik; Yemək; İçmək; Yatmaq; Rahatlıq — Tətil.
Hərə elə eləyirdi ki, guya o birinə qulaq asır, amma həqiqətən qulaq asırdı da;
Hərə elə eləyirdi ki, guya meşəyə baxır, amma həqiqətən meşəyə baxırdı da;
— Ancaq əgər kimsə bizdən soruşsa idi, ən dərinliyimizdə biz artıq heç orda deyildik, amma birlikdə idik.
Mən əvvəl həyatın necə olduğunu başa düşdüm. Sonra həyatın niyə belə olduğunu anladım. Axırda da dərk etdim ki, niyə məhz bu cürdür, başqa cürə deyil. Ancaq yenə də istəyərdim ki, başqa cürə olardı…
- deyə ehtiyatla Lidiyadan soruşdum. Arnold onun ilki idi. Əgər şahzadənin kefi kök idisə, ona bu sualı vermək olardı. İndi onun kefi kök idi.
— Heç nə deməzdi. Onun heç deməyə bir sözü də yox idi. Mən bunu sonradan başa düşdüm. O az danışırdı. Təzə-təzə mən bu susqunluğu dəyərli bir şey sanırdım…