- Cəmiyyətə sürü psixologiyası hakimdir. Əksəriyyət də ömürlərinin sonuna kimi bu sürünün qanunlarına tabe olaraq yaşayır. Sürünün içində hərəkət edən birinin sürüdən irəli keçməsi mümkün deyil. Sənə bir sirr açım?
-Nə sirr?
- Sürüdən necə seçilmək olar, bilirsən? Səmtsizlik effekti ilə. Bizi buraya gətirən qüvvə də məhz odur. Kimlərisə ölkə başçısı edən səbəb də bu effektdir.
-Səmtsizlik effekti nədir elə?
-Adından da məlum olursürünün əksinə getmək, əksər insanların bacarmadığı işləri görmək, heç kəsin cürət etmədiyi qayalara dırmaşmaq... Hamı sağa baxdığı halda, sən sola baxırsan, hamı sürünün qarşısında gedən keçiyə baxdığı zaman sən çobanın hərəkətlərini izləyirsən. Bax bu, səmtsizlik effektidir.
-Əslində, düşünməli o qədər çox şey var ki, Rey. Düşün ki, əgər axşam öləcəyini bilsən, indi nə edərdin, hansı işləri görməyə çalışardın? Ölümqabağı səni ən çox nə düşündürərdi? Səncə, ölüm anında hansı hissləri yaşayacaqsan? Can verən zaman nələrə görə peşman olacaqsan, özünü hansı işləri görmədiyinə görə qınayacaqsan? Ümumiyyətlə, öləndən sonra nə baş verəcək? Sən öləndən sonra doğmalarının həyatında nələr dəyişəcək? Düşünmüsənmi heç, dahi Sokrat, Aristotel, İbn Sina indi haradadırlar? Böyük Leonardo da Vinçi, Van Qoq, Paskal, Eynşteyn, Tolstoy, onlar bəs, səncə, onlar indi haradadırlar? Keçmişdə yaşamış milyardlarla insan öləndən sonra hara gedib? Bunları düşün...
-Cəmiyyətə sürü psixologiyası hakimdir. Əksəriyyət də ömürlərinin sonuna kimi bu sürünün qanunlarına tabe olaraq yaşayır. Sürünün içində hərəkət edən birinin sürüdən irəli keçməsi mümkün deyil. Sənə bir sirr açım?
-Nə sirr?
- Sürüdən necə seçilmək olar, bilirsən? Səmtsizlik effekti ilə.
- Səmtsizlik effekti nədir elə?
- Adından da məlum olur - sürünün əksinə getmək, əksər insanların bacarmadığı işləri görmək, heç kəsin cürət etmədiyi qayalara dırmaşmaq... Hamı sağa baxdığı halda, sən sola baxırsan, hamı sürünün qarşısında gedən keçiyə baxdığı zaman sən çobanın hərəkətlərini izləyirsən. Bax bu, səmtsizlik effektidir.