Hər halda, onlar iki şərik və iki dostdurlar. Bir yerdə kişi güzəştə getsin, bir yerdə qadın. Biri burada öz zövqündən və istəyindən keçsin, digəri başqa bir yerdə. Və beləliklə bir yerdə yaşaya bilsinlər.
Hədisdə göstərilir ki, qadın güldür. İndi siz baxın, əgər kişi bir güllə kobudcasına və etinasızlıqla rəftar etsə, onun gül olmasının qədrini bilməsə, nə qədər zalım və pisdir; kişilərin nəyisə qadınlara məcbur etməsi, ifratçılıq etməsi, artıq istəməsi, yersiz və çoxlu gözləntilər kimi. “Qadın güldür, qulluqçu deyil”. Bu qadın sizin qulluqçunuz deyil ki, bütün məişət işlərini öz üzərinə götürsün, sonra da onu danlayasınız. Xeyr, bu sizin əlinizdə olan bir güldür. Hətta alim, yaxud siyasətçi olsa da, ailəvi rəftarda güldür.
Qərb dünyasında ailə institutu dağılıb, ailələr gec qurulur, tez dağılır, fəsad və pozğunluq günbəgün artır. Əgər bu sonacan davam etsə, o cəmiyyət böyük bəlalara düçar olacaq. Əlbəttə, bu xəstəliklər və müsibətlər beş ilin, on ilin içində özünü göstərən məsələlər deyil. Lakin uzun illərdən sonra öz təsirini qoyduqda, bir cəmiyyəti bütünlüklə məhv edir, elm, düşüncə və maddiyyat sərvətlərini dağıdır. Bu gələcək, Qərb ölkələrinin çoxunu gözləyir.