Tom və Meri qonaqlığa gedirdilər. Maşını Tom sürürdü. Onlar tanış olmayan kvartalda eyni evlərin ətrafına iyirmi dəqiqə fırlandıqdan sonra Meri anladı ki, Tom yolu itirib və yolu kimdənsə soruşmağı ona məsləhət gördü. Tom o dəqiqə özünə qapandı və susdu. Onlar birtəhər lazım olan yerə çatdılar, lakin bütün axşam boyu aralarındakı gərginlik keçmədi. Meri ərinin niyə belə narahat olduğunu anlamırdı.
Qadın problemlərinin həlli üçün kişinin keyfiyyət və qabiliyyətlərindən istifadə etdikdə kişi hiss edir ki, ona qiymət verirlər, o, yoldaşının sevgisinə layiqdir.