Kişilər Marsdan, Qadınlar Veneradandır
Kişi qadına diqqət nişanələri göstərəndə möcüzə baş verir. Qadının sevgi qabı dolur və onların bir-birinə göstərdikləri xidmətin hesabı bərabərləşir.
Kişi qadına niyə məyus olmağa dəymədiyini izah etmək istədiyi kimi, qadın da kişiyə niyə başqa cür davranmalı olduğunu çatdırmağa çalışır. Kişi qadının problemlərini «qaydasına salmaq» istəyir, qadın da kişini «təkmilləşdirmək» üçün alışıb yanır. Lakin heç biri anlamır ki, bu boş vaxt itirməkdir.
Kişilərə əsasən etibar edilmə, olduğu kimi qəbul edilmə, minnatdarlıq, heyranlıq, bəyənilmə və həvəsləndirmə (mükafat) lazımdır. Qadınlara hər şeydən əvvəl qayğı, anlama, hörmət, sədaqət, qəbul edilmə və özünə və hər şeyin yaxşı olduğuna inamı möhkəmlətmə gərəkdir.
Çox vaxt arvad sadəcə gününün necə keçdiyi haqqında danışmaq, hisslərini bölüşmək istəyir, ər isə, kömək etmək məqsədi ilə, bir-birinin ardınca həll təklif etməklə, onun sözünü kəsir.