Bir adam kimisə sevərsə, təbii olaraq, onda həmin insana qarşı itaət ruhiyyəsi yaranacaq. Bu hal o qədər təbiidir ki, İmam Sadiq (ə) sevgi iddiasında olub, sevdiyinə tabe olmayan şəxsə təəccübləndiyini söyləyir:
"Allahı sevdiyini dediyin halda, Ona itaətsizlik göstərirsən? Canıma and olsun, bu, təəccüblüdür. Əgər, həqiqətən, sevirsənsə, itaət edərdin, çünki sevən öz sevdiyinə müti olar"