Fatima

Uşaqları rol oynamaqdan azad etmək üçün...
1. Uşağın yeni simasını ona göstərmək üçün imkanlar axtarın: «Bu oyuncaq sənin üç yaşın olanda alınmışdı, indi də təzə kimi görünür». 2. Uşaq üçün elə bir vəziyyət yaradın ki, bu zaman o özünə başqa nöqteyi-nəzərdən baxsın: <<Sara, komodun yeşiklərinə qulpları bağlamaq üçün vintaçanı götürərsən?>>> 3. Qoy uşaqlar sizin onlar haqqında danışdığınız müsbət sözləri təsadüfən eşitsinlər: «O, əlini sakit saxlamışdı, amma iynə onu incitdi». 4. Uşağınızın necə özünü aparmağını istəyirsinizsə, siz də özünüzü elə aparın: Uduzmaq xoş hiss deyil, lakin mən çalışacam ki buna görə kefimi pozmayım. Təbrik edirəm!» 5. Uşağınızla bağlı əlamətdar anları xatirənizdə qoruyub saxlayın: <<Yaxşı yadımdadır ki, sən o vaxtlar...» 6. Əgər sizin uşağınız yenə də özünü əvvəlki kimi aparırsa, ona olan hisslərinizi və ümidlərinizi bildirin: «Bu mənim xoşuma gəlmir. Sənin qəzəbinə baxmayaraq, mən səndən dözümlülük gözləyirəm
Çocuk Gelişimi
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Tərif və özünü qiymətləndirmə
Qiymətləndirmənin əvəzinə təsvir edin 1. Gördüklərinizi təsvir edin: «Mən təmiz döşəmə, yığışılmış çarpayı və rəflərdə səliqə ilə düzülmüş kitablar görürəm», 2. Hiss etdiklərinizi təsvir edin: <<Bu otağa gəlmək necə də xoşdur!>>> 3. Uşağın tərifli davranışını hər hansı bir sözlə yekunlaşdırın: «Sən rəngli qələmlərini, tabaşirlərini qələmlərini ayırıb hərəsini öz qutularına yığmısan. Bax, təşkilatçılıq buna deyərəm!>>>
Çocuk Gelişimi
Müstəqilliyi mükafatlandırmaq məqsədilə
1. Uşaqlara seçim etməyə imkan yaradın; «Sən bu gün boz, yoxsa qırmızı şalvarını geyinmək İstəyirsən?>>> 2. Uşağın çalışqanlığına hörmət göstərin: «Bankanın qapağını açmaq çətinlik törədir. Bəzən qa-pağı qaşıqla qaldırmaq olar». 3. Həddindən artıq çox sual verməyin: «Səni görməyimə çox şadam. Buyur, evə gəl». 4. Suallara cavab verməyə tələsməyin: <Maraqlı sualdır. Sən bu barədə nə fikirdəsən?>>> 5. Uşağınıza informasiya mənbəyini evdən kənarda axtarmağı təklif edin: «Bəlkə zoomağazanın sahibi məsləhət verər?». 6. Uşağınızın ümidlərini üzməyin: «Deməli, sən özünü bu rolda sınamaq istəyirsən? Bu sənin üçün bir sınaq olacaq».
Çocuk Gelişimi
Cəzalandırmanın əvəzinə
1. Uşağın iradəsini qırmadan öz hisslərinizi kəskin bildirin. «Mənim təzə mişarımı küçədə yağışın altında paslan-mağa qoyduqlarından qəzəbliyəm!» 2. Ümidlərini ifadə edin. <<Mən ümid edirəm ki, məndən alətləri aldıqdan son-ra qaytaracaqlar». 3. Günahlarını necə yumağı uşağa göstərin. <<İndi mişara kiçik polad süngər və ağır fiziki zəhmət lazımdır». 4. Uşağa seçim etməkdə yardımçı olun. "Sən mənim alətlərimi götürə və sonra qaytara bilərsən. Sən onlardan istifadə etməyə bilərsən. Qərar sənindir». 5. Ölçü götürün. Uşaq: - Alətlər olan yeşik niyə bağlıdır? Ata: Onu sən mənə cavab ver - niyə 6. Problemin həlli. <<Biz nə fikirləşə bilərik ki, sənə lazım olduqda mənim alətlərimdən istifadə edə biləsən və mən əmin olum ki, mənə lazım olduqda onları yerində tapacam?>> Evinizdə daima yaranan və verilmiş üsulun köməyi ilə aradan qaldırıla bilən problem haqqında fikirləşin İkinizə uyğun olan vaxt təyin edin ele yer seçin ki , orda sizi neç kim narahat etməsin və uşağınızla aranızda yaşanan problemi həll edin
Çocuk Gelişimi

Fatima

, bir kitap okudu
9/10
·420 syf.·
Beğendi
·
4 saatte okudu
·
2025 17. kitabı
Parinoush Saniee
9.2/10 · 2.406 okunma