1. Uşağın yeni simasını ona göstərmək üçün imkanlar axtarın:
«Bu oyuncaq sənin üç yaşın olanda alınmışdı, indi də təzə kimi görünür».
2. Uşaq üçün elə bir vəziyyət yaradın ki, bu zaman o özünə başqa nöqteyi-nəzərdən baxsın:
<<Sara, komodun yeşiklərinə qulpları bağlamaq üçün vintaçanı götürərsən?>>>
3. Qoy uşaqlar sizin onlar haqqında danışdığınız müsbət sözləri təsadüfən eşitsinlər:
«O, əlini sakit saxlamışdı, amma iynə onu incitdi».
4. Uşağınızın necə özünü aparmağını istəyirsinizsə, siz də özünüzü elə aparın:
Uduzmaq xoş hiss deyil, lakin mən çalışacam ki buna görə kefimi pozmayım. Təbrik edirəm!»
5. Uşağınızla bağlı əlamətdar anları xatirənizdə qoruyub saxlayın:
<<Yaxşı yadımdadır ki, sən o vaxtlar...»
6. Əgər sizin uşağınız yenə də özünü əvvəlki kimi aparırsa, ona olan hisslərinizi və ümidlərinizi bildirin:
«Bu mənim xoşuma gəlmir. Sənin qəzəbinə baxmayaraq, mən səndən dözümlülük gözləyirəm