“Bu təlimat demək istəyir ki, bizi etdiyimiz işlərə görə xatırlayacaqlar. Bizim əməllərimiz hər şeydən vacibdir.
Onlar nə dediyimizdən və ya necə göründüyümüzdən daha mühümdür. Elədiklərimiz biz öləndən sonra da qalacaq.
Əməllərimiz qəhrəmanlar öldükdən sonra onların şərəfinə ucaldılan heykəllərə bənzəyir. Onlar misirlilərin fironlar üçün tikdiyi piramidalara kimidir.
Bircə fərq var. Onlar daşdan yox, insanların bizimlə bağlı xatirələrindən yaradılır.
Ona görə əməllərimiz bizim heykəllərimiz kimidir. Daş əvəzinə xatirələrdən tikilmiş heykəl.”