Sizə möcüzəvi varlıqdan danışıram, bəylər. Qadınlardan. Bir kitabda şair deyir ki, "Qadın səni sevirsə, sənə aiddir. Mütləq bir şəklin vardır, otağın bir yerində. Onu yandırtma. Bir qadın səni sevərsə, yatmazdan əvvəl sənin üçün dua edər. Sənin adınla başlayan dua, sənin adınla bitər. Onu susdurtma. Qadın səni sevirsə, sənə zərər verə bilməz. Unutmaki, qadınlar vazkeçdiyi adamlara da acımağı bacarmazlar."
Şeir yazan qadın gördünüz? Sevgidən yazan..?
Qadın əl çəkdisə, bir də baxmaz.
Qadın qədər sevə bilməzsiniz. Sevdiyi qədər səni qucaqlaya bilsəydi, sümüklərin qırılardı. Səni sevən qadını aldatma. Səni sevən qadın sən nə qədər güclüsənsə, o da özünü o qədər güclü bilər. [1.]
Axı, qadın olmaq çətindir bu həyatda. Hamının sahib olmaq istədiyi bir bədənin, qorumalı olduğun bir namusun var. Tabe olmalı olduğun adət-ənənələrin var. Soyuqqanlı olmalısan, hissiyatsız olmalısan, lal olmalısan. Kişinin yanında oturuşunu-duruşunu bilməlisən. Gözəl görünməlisən. Qətiyyən çox gözəl olma. Axı qadınsan, adın pis çıxar. Qadın olmaq həqiqətən çətindir. Sevsən, dəli-divanə, sevməsən, daş qəlbli deyərlər. Sussan heç nə bilmir deyərlər, danışsan, uzun dilli deyərlər. Bir sözlə səni həmişə səhv çıxardıb, ağzını yumuzdurub oturdarlar. ''Qadınsan, öz işinlə məşğul ol."
Bu ölkədə qadın heç vaxt həkim və ya müəllimədən başqa işdə daimi işləyə bilməz.
Yaxşı yerdə işləsən adın pozğun çıxar, pis yerdə işləsən isə...
Bir qadının ürəyi olub ona nəfəs almağı öyrədin. Əlini uzadanda qanadları olun. Yanaqlarındakı gülümsəməsi olun. Əsla, göz yaşı olmayın.
"İlk dəfə qara köynəyin düyməsinin ağ sapla tikilməyindən bildim, evinin qadın əllərindən uzaq olduğunu. Mənə hədiyyə etdiyin kitabların tozu, saralmış kitab vərəqlərindəki tənhalıq, mənə həyatını öyrətdi. Ürəyim sənindi qadın. Ruhum,