Azərbaycanlı yazıçılara daha çox üstünlük verəcəyim il olacağına səz verdiyimi nəzərə alsam, bu oxuduğum, ən azından bu marafaona başladığım ilk kitabdı.
Kitab barəsində həm sevdiyim, həm sevmədiyim, güldüyüm, qıcıqlandığım və s. hisslərini yazacam.
İlk gözümə sataşan və ən çox qıcıqlandıran şey türkçə ifadələrin işlənməsi idi. Bəlkə də normaldı, amma mənim heç sevmədiyim şeylər idi, çünki bəzilərinin dilimizdə çox yaxşı qarşılıqları var…
1. Oynamaq zorundayam (səh. 5)
2. Hadisələri çözmək (səh. 9)
3. Keçiləri qaçırıb (səh. 10)
4. Çözülməyən (səh. 10)
5. Çevrəsi (səh. 37)
6. Aşağılamaq (səh. 56)
7. Sonuc (səh. 67)
8. Patron (səh. 132, 140)
Bəlkə də içlərindən bəziləri heç qüsur deyil, məsələn, 3.
Amma sonuc kimi sözlərin nəticə ilə əvəzlənməsini istəyərdim.
Bəzi gözümə sataşan başqa məntiqi məsələlər var idi.
Orxan Nicatın həm dostu, həm də həkimi idi. (Səh. 8)
Bu çox düzgün olmayan bir şeydi. Xəstə ilə qeyri-peşəkar münasibət. Belə psixoloqun xəstəsinin intihar etməsi təəccübləndirməz.
İkincisi, qadınlar haqqındakı deyimlərdi. Qadınlar belədi, qadınlar elə düşünür, belə hərəkət edir-falan.
“Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər". (Səh. 36)
"Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb". Oskar Uayld (Səh. 68)
Digər misalda, təkrarçılıq və eyni qadınlar haqqında absurd düşüncələr:
– Qadınlar elə düşünürlər ki, kişilər dostluğu sevgiyə çevir- mək istəyir. Amma məncə, məhz qadınlar dost müna- sibətlərini fərqli tərəfə çəkirlər, sənin kimi. Axı qadınlar da- ha emosionaldırlar və potensial sevgilini dostlarının arasın- dan axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır.
– Bəlkə də haqlısan. Amma razılaş ki, Nicat ideal kişi deyildi. – Deməli Nicat da, Hikmət də ideal deyildi. Belə çıxır ki, sən Nicatı da