Körpə ikən baobablar qızılgül koluna çox oxşayır, onları fərqləndirən kimi, ziyankarın kökünü dərhal kəsin. Bu darıxdırıcı iş olsa da, çətin deyil, asan işdir".
o, B 612-ci asteroiddən gəlmişdi. Bu asteroid indiyə kimi yalnız bircə dəfə teleskopda görünmüşdü, onu 1909-cu ildə bir türk astronomu görmüşdü. Türk astronomu öz kəşfi barədə o zaman Beynəlxalq Astronomiya Qurultayında geniş məlumat vermişdi. Amma onun türk geyiminə görə heç kəs ona inanmamışdı. Böyüklər belədir də!