Spoiler var..
Çox axıcı, hisləri oxucuya ötürən və ən əsası müzakirəyə açıq bir əsərdir. İlk başlayanda durğu işarələri səbəbindən (nöqtədən az, vergüldən çox istifadə etməklə cümlələri uzatmasına, sual işarələrinin olmamasına, dialoqların ayrılmamasına görə) nəşriyyatı qınadım. Hətta bu barədə ayrıca yazmağı düşünürdüm. Daha sonra öyrəndim ki, Saramaqonun yazı üslubu belə imiş. O, durğu işarələrindən qaçaraq daha xaotik təsir bağışlamaq istəyibmiş. Ki, korluğun yaratdığı atmosferə düşə bilək. Maraqlı üslub idi.
Romanda insanların fiziki kor olmaları təsvir edilsə də, bu mənəvi korluq mövzusunu əhatə edən bir əsərdir. Əsər insanların görmə qabiliyyətini itirməsinə səbəb olan "ağ korluq" epidemiyasından bəhs edir. Hökumətin düzgün olmayan qərarı, cəmiyyətin əxlaqsızlığı, eqoistliyin sərhədsizliyi hadisələrin zülm dolu bir hala çevrilməsinə səbəb olur. Əsərin baş qəhrəmanı olan həkimin arvadı görmə qabiliyyətini itirməyən tək insan olur. O bizə həm mənəvi lider, həm də insanlığın ümid simvolu kimi təqdim olunur. Fikrimcə mənəvi cəhətdən çox zəngin olduğu üçün, həqiqətləri bütün çılpaqlığı ilə görüb, qəbullanaraq çıxış yolu axtaran biri olduğu üçün sonacan görməyi bacaran tək insan oldu. Həmin obrazın dili ilə desək, onlar kor olmamışdılar, əvvəldən kor idilər və kor da qalmışdılar. Görən və görməyən korlar..
Bəs bizə çatdırılan mesaj nə idi?
"Ətrafına bax və həqiqətən gör. Yalnız baxmaqla kifayətlənmə, gördüklərini dərk et və məsuliyyət al."
Əslində hər kəs ətrafındakı insanların nəyə ehtiyacı olduğunu bilir, görür, lakin vicdanlarını rahatlatmaq üçün görməməzlikdən gəlirlər. Bu korluq onların göz nurunun itməsini deyil, mənəvi və emosional "korluqlarını" əks etdirir. Aydındır ki, insanlar hər şeyini itirmədən heç nəyi dərk etmirlər. Yazıçı da məhz buna görə hər
Bax bu həqiqətdir. Məhəbbət möcüzədir, amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heç nəsiz qalır yolun ortasında. Donub qalır və nəyi gözlədiyini də bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir..