Əlbəttə, ona gülümsəmək olardı, gülümsəyirdilər də.. Amma davamlı olaraq gülümsəmək qeyri-təbii və çaqqal təbəssümü kimi ikrah doğurucu görünməyə başlayır.
Sən heç bizim Tanrının yazdığı kitabda yaşadığımızı fikirləşmisənmi? Mən özümüz haqda kitab yazsaydım, mütləq hardasa səhv edərdim. Amma Tanrı nəyi necə bitirmək lazım olduğunu dəqiq bilir. Bu mütləq hər birimiz üçün daha yaxşı son olur.