Sənə nə göstərib ki bu güzgülər?
- Özümü. Qocalığımı.
- Sən ki qocalmaqdan qorxmurdun?
- Bəli. Amma bəzən bir hadisə, bir şəkil adamı
keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki,
o keçmişdəki adamdan nə qədər fərqlənirsən.
Məsud elə bil ki, ağır bir yuxudan ayıldı. Elə hey deyirdi:
- Bizim danışmağa sözümüz yox idi. Mən saatlarla
memarlıqdan, rəssamlıqdan, incəsənətdən, fikirdən, dindən,
ənənədən danışırdım. Onunsa heç nəyə marağı yox idi. Fikri
saçlarında, paltarlarında idi. Hətta idmana da marağı yox
idi. Təkcə mən puldan danışanda maraqlanırdı. Qəribə
adamlar idilər. Ac qalmağa hazır idilər, amma hansısa
qonaqlığa təzə paltar geyinməli idilər.
Bəli, bu qız Məsudu cəlb eləyir. Çünki həyatında gördüyü bütün qadınlardan fərqlidir. Onda çox güclü və xüsusi qadınlıq hissləri var ki, Məsudun həyatında olan qadınlar o şeyləri gizlədir.
- Səhvin var, - dedi. - Şəhrizad çox güclü, çox mübariz
qadın idi. Onun idealları vardı. Onu normal qadınlarla
müqayisə edə bilməzsən.
- Əzizim, mübariz, güclü olmaq qadın olmağa mane
olmur.