Uşaqlara deyirlər: “Yalan danışma, heç kimi aldatma! bu yaxşı iş deyil, iyrənclikdir! Günahdır. Allah bunu sevmir və belələrini cəzalandırır”. Ancaq özləri yalan danışır, aldadırlar. Bir-birini aldadırlar. Başqalarını da aldadırlar. Uşaqları aldadırlar.
Çox vurnuxdu düşüncə, anlamadı sirrini,
Göz axtarıb tapmadı Tanrının bənzərini.
Ağıl dedi: - Aradım, ədəbsiz addım atdım,
Ədəb onun özüymüş, yenə ona qayıtdım.