Gülçöhrə Abasova

Gülçöhrə Abasova
@Gulchohra

Gülçöhrə Abasova

, bir kitap okudu
Puan vermedi·78 syf.·
2025 53. kitabı
Süleyman Sani Axundov
9/10 · 17 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Yalnız ürək iti görür. Ən vacib olanı gözlə görə bilməzsən... Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli sən gerçəkdən müdrik adamsan.
İnsanların həyatı niyə belədir? Biri qəddardır, o biri xeyirxah? Niyə axı xoşbəxtlər və bədbəxtlər var? Niyə elə adam var ki, hamı ondan qorxur, eləsi də var ki, heç kəs ondan qorxmur? Niyə birinin uşağı var o birinin yox? Niyə biri başqasının maaşını kəsə bilir? Görünür, ən yaxşı adamlar ən çox maaş alanlardır. Bax baba da ən az maaş alır və hamı da onun xətrinə dəyir. Eh, necə eləyəsən ki, babaya da çox maaş versinlər! Bəlkə onda Orozqul babamın hörmətini saxlayar...
Alıntı
Ona görə də mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər... Ancaq heç kəsə və heç nəy inanmadığımdan, varlığımın hər an yeni bir təsdiqə ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə - bədənimə də inamımı itirdim... Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və ya əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır və evlənmək də həmin "boş" yerlərin arasında olmur... Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşarat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən...