Günlərlə üzərində düşünülə biləcək kitabdır. Kitabda mənə ən maraqlı gələn Winston ilə O'brien arasındakı münasibət oldu. Bunu da günlərlə düşünə bilərəm. İnsan necə özünə aylarla işgəncə edən birinə hələ də hörmətlə baxa bilər?
1984 oxuyana kimi dilin nə dərəcə önəmli olduğunun fərqində deyildim. Nə qədər az söz o qədər çox özünü ifadə edə bilməyən insan. Düşünə bilməyən insanlar...
Ən sona kimi Wintson'nun ən başda olan ümidi ilə oxudum və indi həzm etməyə çalışıram