G.

9/10
·90 syf.·
2023 2. kitabı
Çoxumuzun qəlbində yer edən kitablardan biri olan "Balaca Şəhzadə"ni yenidən oxumağa qərar verdim ilk dəfə Azərbaycan dilində oxuduğum zaman kitabı tam mənada dərk edə bilməmişdim. Daha sonra Türk dilində oxumağa qərar verdim və nəhayət oxudum. Kitab haqqında yazmayacağam. Zatən haqqında yetərincə danışılıb və yazılıb. Sadəcə onu deyim ki, bəzi kitablar vardır ki, onları bəzən ara-sıra açıb oxumalı olursan. Həmin kitab sənin "baş ucu" kitabın olur. Məncə bu kitabda həmin kitablardandır.
2023 Okuma Raporları
Küçük PrensAntoine de Saint-Exupéry · Türkiye İş Bankası Kültür Yayınları · 2025280,2bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Spoiler var.
5/10
·264 syf.·
2022 8. kitabı
Rövşen Abdullaoğlu 'nun oxuduğum ikinci kitabı. Kitab motivasiya psixologiyası janrında yazılmışdır. Düzünü desəm, motivasiya kitablarını çox sevmirəm. Düşünürəm ki, hər insanın özünə uyğun motivasiya dili vardır. Bu səbəbdən motivasiya ilə bağlı olan hissələr deyildə, daha çox temperament ilə bağlı olan hissələr marağımı cəlb etdi. Və məhz həmin hissələrdən xeyli məlumat əldə etdim və eyni zamanda hansı temperamentə məxsus olduğumuda öyrənmiş oldum.:) Qeyd: Yazıçının kitabda qeyd etdiyinə görə bu kitabı ən azından 2 dəfə oxumaq lazımdır. Bu səbəbdən kitabı bir müddətdən sonra yenidən oxuyub, başqa bir inceleme daha yazacağam.
Kitap
Çətin Olsa da, Həyat Davam EdirRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2016837 okunma
Spoiler var.
10/10
·343 syf.·
2022 4. kitabı
Əslində, haradan və necə başlayacağımı bilmirəm. İlk növbədə onu deyim ki, kitab haqqında uzun-uzadı yazmayacağam. Çünki bu kitabı oxumaqda gecikmişəm. Ona görə də, kitab haqqında yetərincə yazıldığını düşünürəm. Düzdü, bu kitab haqqında nə qədər çox yazılsa belə azdır. Nəysə:) Kitaba başladığım zaman mental olaraq Villinin vəziyyətində idim. Və eyni Villidə olduğu kimi Visamda mənim yaralarıma məlhəm oldu. Onun mavi gözləri, xəstəliyinə rəğmən ümid dolu sözləri, onun etdiyi hər şey mənə məlhəm oldu, mənə güc verdi, mənim itmiş inamımı yenidən mənə qaytardı. Çox üzgünəm ki, həyatımda Visam kimi biri yoxdur. Sanki Rövşən bəy bunu hiss edib və Visam obrazını yazıb.:) Visam yazılmış bir obraz olmağına baxmayaraq mənim ən yaxın dostuma çevrilib. Heç düşünməzdim ki, bir obraz mənə bu qədər kömək edə bilər və eyni zamanda mənim yaxın dostuma çevrilər.:) Xülasə, sonda xırdaca bir etiraf edim ki, kitabı belə gec oxuyub qutarmağımın səbəbi Visamdan ayrıla bilməməyim idi. Visamın ölümünü oxuyarkən qəlbimdəki ağrını hansı kəlimə ilə ifadə edim bilmirəm. Kitabın son sətirlərində artıq çox kövrək idim. Həm dostumun ölümü həm də, kitabın bitməyi məni çox kədərləndirdi. Axxx Visam, sən nə yaxşı ki, yazılmısan!
Kitap
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,500 okunma