Aramızda çox az insan öz qəlbində xasiyyətinin həqiqi və ya uydurma cizgisi ilə bağlı olan mənəm-mənəmlik hissini bəsləmir. Qürur və qürrə tez- tez sinonim kimi işlədilsə də, müxtəlif şeylərdir. İnsan qürurlu olar, amma qürrələnməyə bilər. Qürur daha çox bizim özümüz barədə qənaitimizlə bağlıdır, qürrə isə başqa insanların bizim barəmizdə yaratmaqlarını istədiyimiz rəydir.