Mənim tanıdığım ziyalıların böyük əksəriyyəti heç nə axtarmır, heç nə eləmir, hələlik zəhmətə qatlaşmaq qabiliyyətindən məhrumdur. Özlərini ziyalı adlandırırlar, ancaq xidmətçiyə "sən" deyə müraciət edirlər, pis təhsil alırlar, ciddi bir şey oxumurlar, heç bir iş görmürlər, elmdən ancaq danışırlar, sənəti yaxşı başa düşmürlər. Hamısı ciddidir, hamısı qaşqabaqlıdır, hamısı ancaq ciddi şeylərdən danışır, fəlsəfədən dəm vurur, halbuki hamısı görür ki, işçilərin yeməyi son dərəcə pisdir, 30-40 nəfər bir otaqda yastıqsız yatır, hər tərəfdə çirk, üfunət , rütübət, əxlaq pozğunluğu...
Görünür, bizdəki bütün bu yaxşı söhbətlər hamısı özgənin gözündən pərdə asmaq üçündür. Göstərin görüm haqqında bu qədər danışılan körpələr evi, qiraətxanalar haradadır? Onlar haqqında yalnız romanlarda yazırlar, həqiqətdə isə biri də yoxdur. Yalnız çirkab, əxlaqsızlıqvə avamlıq var... Mən çox ciddi görünən simaları sevmirəm və onlardan qorxuram, həmçinin ciddi danışıqlardan da qorxuram. Sussaq, daha yaxşıdır!