Hasanova

Hasanova
@HRabbitatPambisheAyris
27 okur puanı
Ocak 2022 tarihinde katıldı
112 syf.
·
Puan vermedi
Anton Çexovun qələmi deyə bir şey var .Hər dəfəsində necə olursa insanı özünə çəkir.Əsərdə müxtəlif mövzulara toxunulur.Və bu aydın və incə şəkildə yazılıb. Əsəri oxuyarkən yaşadığım duyğular: Yeni yaradılan bir şeyin daima tənqid olunması, dəstəklənməmək və buna görə özünü yetərsiz hiss etmək Qısqanclıq Daima digərləri , həmçinin özün tərəfindən başqa şəxlə müqasiyə Gözləntilər altında əzilmək Sevgi çoxbucaqlısı və bunun yaratdığı bədbəxlik Özünü,bu dünyadakı yerini tapa bilməmək. Əsərdə bir obrazın yazıçı olaraq bunun yorğunluğunu ifadə etdiyi yazı Çexovun özünü ifadə etmə formasıdırmı deyə düşündürdü. Əgər Çexovun digər əsərləri bəyənmisinizsə,bu əsərini də oxumağınızı tövsiyə edirəm.
Qağayı
QağayıAnton Çehov · Qanun Nəşriyyatı · 202120,5bin okunma
Reklam
·
Puan vermedi
Və 10.07.2022 (17:46)də başladığım kitabı 18.05.2023(1:29)də bitirdim.Və əslində bitirdiyim üçün təəsüfləndim. Bu kitab Pessoanın 1935-ci ildə vəfat etdiyi zaman, sandığından çıxan əsərlərin biridir. Kitab sevdiyim kitablar arasında ilk 3lükdə öz yerini alır. Pessoanın möhtəşəm qələmindən çıxan yazılardan təsirlənməmək əldə deyil,hər sətri böyük həvəslə,heyranlıqla oxuduğum kitab oldu. Ən gözəl hisslərdən biri də sanki kitab oxumurdum,mənimlə oxşar hisslər yaşayan biri ilə söhbət etmək kimi idi sanki. Gün içində düşündüyüm hisslər,hadisələr barəsində kitabdan cümlələr oxumaq isə sözlə ifadə edilə bilməz . Əlbəttə ki, bəzi hissələrdə Pessoanı anlamaqda çətinlik çəkdiyim,fikirləri ilə razılaşmadığım anlar olurdu . Əsərdə sevdiyim məqamlardan biri də , yazarın "həyat" anlayışı izah etmələri idi. Yazarın həyatı sorğulaması,sonuna qədər hiss etdiyi hüzursuzluqluq,yalnızlıq ,həyatı, ətrafı anlamağa çalışması çox gözəl ifadə olunub. Mənim üçün unudulmaz və təsirli bir əsər oldu.
Huzursuzluğun Kitabı
Huzursuzluğun KitabıFernando Pessoa · Can Yayınları · 201710,6bin okunma
136 syf.
·
Puan vermedi
Mənim üçün istər bədii baxımdan, istərsə də psixo analiz baxımından zəngin bir əsərdir. Anton Çexovun qələmi ilə bu əsərdə olanları dərindən hiss edirik.Əsərdə çarəsizlik,anlaşılmazlıq,kədər hissi mənə təsir etdi.Həmçinin əsərdə fərqli baxış bucaqları ,obrazlar arasında dioloq gözəl ifadə olunub. Bundan sonra yazdıqlarım,əsəri oxumayanlar üçün
6 Nömrəli Palata
6 Nömrəli PalataAnton Çehov · Parlaq İmzalar Nəşriyyatı · 202170,5bin okunma