Xanım Verdiyeva

Xanım Verdiyeva
@Hanim1244
24 Eylül 1998
7 okur puanı
Şubat 2021 tarihinde katıldı
8/10
·360 syf.··
Beğendi
·
2024 8. kitabı
Bu kitabla tanışlığım çox qəribə olmuşdu. Yaxın dostumla “Park Bulvar”dakı “Ali və Nino”da gəzərkən bu kitabı gördük və mənə sualı bu idi “Sən uşaqlara fəlsəfəni necə izah edərsən?”. Cavabı mənə də maraqlı olduğu üçün kitabı aldım və oxudum. Hər nə qədər fəlsəfə oxumağı sevməsəm də :) “Uşaqlar üçün fəlsəfə” @qanunpublishing -in nəşridir. İlqar Əlfioğlu tərtib edib. Kitab elə bir boşluğu doldurur ki, oxumamışdan öncə elə bir boşluq olduğunun fərqində belə deyilsiz bəlkə də lakin oxuduqdan sonra öz-özünüzə “Niyə bu günə qədər belə kitab olmayıb ki?” deyirsiz. Kitabın əsas problemlərindən biri hərf səhvlərinin həddindən çox olması idi. Eyni zamanda kitabı oxuyarkən gözüm “sufizm” də axtarmadı deyil. Məsələn Nəsimini və Nəimini. Ümumilikdə isə təqdirəlayiq işdir. Yevlaxda anadan olmuş filosof isə kitabı ən maraqlı hissəsidir məncə. Oxuyacaqlara indidən xoş mütaliələr...
Uşaqlar Üçün Fəlsəfəİlqar Əlfioğlu · Qanun Nəşriyyatı · 09 okunma
Reklam
8/10
·160 syf.··
Beğendi
·
2024 7. kitabı
Ciao Bu yazıya son zamanlar etdiyim bir müşahidə ilə başlamaq istəyirəm. Oxuduğum bütün kitabların, izlədiyim bütün filmlərin, hətta dinlədiyim bütün musiqilərin öz hekayəsi var həyatımda. Bu kiçik hekayələr həyatımın ən gözəl xatirələriymiş indi fərqinə vardım. Bu kitabla tanışlığım da çox kiçik bir hekayəylə oldu. Rəfiqəmlə birgə “paltolu” sözünü deməyə çalışır və çox gülürdük. Oxumamışdan öncə içində necə bu qədər böyük bir dünya gizlətdiyinin fərqində olmadığım o kitab... Ən sakit, səssiz olan bir insanın belə nə qədər qarmaşıq olduğunu anladığım. Bəlkə də elə deyil? Bəlkə də ən bəsit varlıqlarıq? Kim bilir?! Ulduzlara, kainata baxdıqda kiçik bir zərrə, özlüyümüzdə isə böyük bir dünyayıq...
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025375,9bin okunma
7/10
·236 syf.··
Beğendi
·
2024 6. kitabı
Bu kitabı oxuduqdan sonra köhnə hislər, düşüncələr gəldi gözümün önünə. Səhər tezdən evdən qaça-qaça çıxıb universitetə getməyim... Elmlər akademiyasının ətrafında çiçək açan ağaclar... Cins pencəyim və qara çantam :)... Mühazirə otağına iki dəqiqə gecikəndə müəllimin hər sözünə rəğmən “qb” almamaq üçün keçib sakitcə oturduğum o dərs... Bu kitabla tanışlığım III kursda anasını çox kiçik yaşlarında itirmiş bir bəy tanışım sayəsində oldu. Kitabı səhər 11-də mənə verən bu tanışım günorta 3-də aldı məndən. Və nəticədə mən sadəcə bir neçə səhifə oxuya bildim. Amma ona heç vaxt küsmədim. Səbəb isə kitabı məndən alışında kiçik bir uşaq həvəsinin və gözlərində “o” parıltının olmasıdır. “Mən aşiq oldum”-dedi və davam etdi “Şeyyy... O bu kitabı istəyir”. Sadəcə gülümsədim və kitabı uzatdım. Ona heç vaxt küsmədim ;) Sonra uzun illər “Oxuyacam!” desəm də növbə çatmadı. İllər sonra isə kitabı tapmaq çox çətin başa gəldi. Bəs dəyərdimi?-Dəyərdi. Kitab Əziz Yaqubzadənin “Ona”sıdır. Düşündüyümün əksinə kitab sadəcə romantik hislərdən deyil, hər sevginin ağrı-acısı olduğu qədər, onların bir gün bitəcəyindən bəhs edir. Çox təfərrüata girməyəcəm özünüz oxuyun deyə) 🪻Sonda isə “Məmnun oldum, @azizyaqubzade ” Əziz Yaqubzadə
Edebiyat
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma
10/10
·160 syf.··
Beğendi
·
2024 4. kitabı
“Miss Brodinin ömrünün baharı” kitabından danışacam. Kitabın orginal versiyasında adı “The Prime of Miss Jean Brodie”-dir. Film də çəkilib bu haqda. İllər öncə tələbə vaxtı bu kitabı oxuyanda hansısa naşirin bunu nəşr edəcəyini düşünmürdüm. Beynəlxalq kitab sərgisində @nebulapublishing –in stendində gördüm. İki şirin xanım satdı kitabı. Gələk əsas məsələyə. Əziz və dəyərli @nebulapublishing tərcüməniz möhtəşəm idi. Orginala çox yaxındır. Fəqət sanki, kitabın üzərində heç korrektor işləməyib 159 səhifəlik kitabda 18 korreksiya səhvi həddindən artıq çoxdur. Növbəti çaplarda bunu nəzərə alsanız oxucular olaraq şad olardıq. Kitabda ömrünün baharını yaşayan, 40 yaşında, evdə qalmış, bəzən feminist olduğunu hiss etdiyimiz Miss Brodi və onun 6 qız tələbəsindən söhbət gedir. Miss Brodi onlara standart tədrisdən kənar dərslər keçir. Manipulyasiya edir. Məktəb müdiriyyəti bunun üstünü açmağa çalışsa da qızlar müəllimlərini satmır. Yalnız birindən başqa ;) O kimdirOxuyanda bilərsiz
Edebiyat
Miss Brodinin Ömrünün BaharıMuriel Spark · Nebula Publishing House · 2022304 okunma
10/10
·328 syf.··
Beğendi
·
2024 3. kitabı
Bu kitabın orginalını ingilis dilində oxusam da türk dilinə də tərcüməsini tapdım və oxudum. Pis tərcümə deyil. Azərbaycan dilində yoxdur təəssüf ki. Kitabı alma qərarım @leylakhanahmad –in youtube videosundan sonra oldu. Amazonla sifariş etdim. Mənə gəlib çatması təxmini 10 günə oldu. Kitabı digər psixoloji kitablardan ayıran əsas məqam hansısa yaşam kouçunun yazmamış olmasıdır. Kitabın yazarı Robin Norwood psixoloqdur. Gələk əsas məsələyə bu kitabı niyə oxudum və ya niyə oxumalıyıq?! Burada uğursuz münasibət olan qadınlardan danışılır. Uğursuz münasibəti olan istənilən xanım və bəyə baxsaq eyni bəxti yaşadıqlarını görərik. Çox vaxt onlardan “Məni normal adam tapmır ki?!”, “Yaxşı adam olsa məni tapmazdı!”, “Mənim bəxtim gətirmir onsuz!” və s. kimi cümlələri eşidirik. Bəs görəsən onlar həqiqətən bəxtsizdir? Xeyr, əlbəttə. Kitab deyir ki, sağlam psixologiyası olan insan sağlam insan tapacaq və xoşbəxt olacaq. Qurban psixologiyalı biri isə hər zaman narsisti tapacaq. Sevgi kinolarda və ya türk seriallarında göstərildiyi kimi ağrı və ya acı deyil.
Kişisel Gelişim
Aşırı Seven KadınlarRobin Norwood · Epsilon Yayınları · 20191,038 okunma