Ona izah etməyə çalışdım ki, əgər nəyisə
çox arzulayıramsa, onun arxasınca gedirəm və birinci dəfə idi ki, səbəbini də bilmədən bir kişini sevirdim. İzah edə bilmədiyim yeganə şey isə özümü onu illərlə tanıyırammış kimi hiss etməyim idi.
- Mama, mən niyə mütləq ərə getməliyəm axı? Buna məcburam? Məni bacarıqlı, azad və güclü görmək istəmirsən? Başa düşün, ərə getməmişəmsə, deməli, hələ uyğun adama rast gəlməmişəm. Ona rast gələndə vaxtı da çatacaq.
- Axı mən nəvə istəyirəm.
Sevdiyim hər kəsdən, bildiyim hər şeydən
imtina edib qaçmalıydım. Azadlığım üçün çox şeyi qurban verməyə məcbur olmuşdum. Və indi fikirləşirəm ki, heç vaxt öz övladımı belə ağrılı bir qərarla üz-üzə qoymaram.