Ayşə Həsənova

Ayşə Həsənova
@Hasanova_a
Ne kadar uzaklaşmak istesem de kendimden başka hiç bir yere kaçamıyorum.
Öğretmek için çağrılmıştım ve öğretmenin bana ve benim vasıtamla başkalarına getireceği iyiliği hayal bile edemiyordum.
Sayfa 5·Kitabı okudu
Alıntı
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Uçuşur səmada xəyallar, bax Ayırır səni məndən uzaqlar Axı sən demişdin ki, dəyişmərəm məsafələr artdıqca Dəyişən nədir məndən uzaqda? (xatirələri qucaqla)
Müzik
~Ulduzlara çatdıq
Mən hekayəmin əvvəlində bu sözləri dediyimi xatırlayıram : “Mən müəllim olmayacam.” Halbuki elə məktəb vaxtlarından öyrətməyi çox sevirdim, çox da yaxşı bacarırdım. İxtisas seçimlərində istəməyərəkdə də olsa müəllimlik yazdım. Bakalavr bitdi, mən yenə dedim : “Mən müəllim olmayacam.” İstədiyim psixologiya təhlisini magistr oxuyaraq alacam, elə gətirdi ki məhz həmən il o ixtisasda ləğv oldu, mən elə müəllimlik üzrə magistr oxumalı oldum. Artıq dayanıb düşünməyin vaxtı gəlmişdi- “Sən qaçmaqla deyil Ayşə, sənin yolun müəllikdən keçir.” Bilərək və istəyərək imtahana hazırlaşdım, qürurla da deyə bilərəm ki, mən bacardım. İndi sıra məndədi, mən əvvəlcə onların yoluna işıq olacam ✨ Əminəm ki, bir gün yarımqalan xəyallarımı da tamamlayacam..
Hayata Dair
Özümə yazdığım notları hər nə qədər sevsəmdə, keçən üç ildə bu ənənəni davam etdirmədyimi gördüm, ən son 21 yaşda qalmışam deyəsən. Deyəsən deyirəm, çünki keçib gedən zamanın fərqində deyildim. Bu bəzən xoşbəxtliyin, bəzən yuxususuz gecələrin, bəzəndə heç keçməyəkmiş kimi hiss etdiyim anların təsirindən idi. Sözümə baxmayan iki şeydən biri zamandı- o öz axarı ilə gedərkən yenə məndən nələrisə aldı, mənə nələrisə qatdı. Mən yenə aid olduğum yerdə deyiləm, düzü ora haradı heç onu da bilmirəm. Mən yenə, səhvlər elədim, çıxardığım dərsləri də götürüb yoluma davam etdim. Mən yenə saatlarca ağladım, umduğumu tapmadım. Mən yenə saatlarca güldüm, yanımda dostlarım var idi. Mən yenə və yenidən çox şanslı hiss etdim, çünki hər şeyə rəğmən sevgisini qəlbimlə hiss etdiyim insanlarla çevrələndiyimi anladım. Amma yanlızlığımın insanlarla dolu olduğu həqiqəti də yan keçmədi, çünki sevilmək anlaşılmaq deyildi. ~Acımasızca geçip giden zamandan Geriye kalan sadece yalnızlıklarımız.
Hayata Dair
~Bəlkə də canavar bizik.
10/10
·261 syf.··
Beğendi
·
2025 10. kitabı
·
12 günde okudu
·
Okunma: 09 Haziran 2025 00:00
İnsan yaxşı biri olaraq doğulur, yoxsa necə biri olacağını özü seçir? Əgər desəm ki, yaxşı olaraq doğuluruq 6 yaşında bir uşağın özüylə yaşıd birini döyməsinə, təbəqələşmə yaradıb əmrlər verməsinə heç bir izah verə bilməyəcəm. Desəm ki, özü pis biri olmağı seçir, o yaşlarda yaxşı ilə pisi fərqləndirməyi bacarırmı? Məni saatlarla düşündürən, “Hər kəs hər zaman haqlıdı.”- dediyim kitablardan biri oldu. William Golding yazdığı bu romanda insan ruhunun vəhşiliyini, həyatda qalmaq uğrunda nələr edə biləcəyini sərt şəkildə yansıdır. Belə ki, atom bombasından qorunmaq üçün qaçırılan bir qrup məktəbli uşağın təyyarəsi qəza edib adaya düşür. Ada əvvəlcə onlara bir cənnət kimi görünür: böyüklər yoxdur, qaydalar yoxdur, istədiklərini edə bilərlər. Amma zaman keçdikcə uşaqlar arasında güc mübarizəsi başlayır və sivilizasiyanın yoxluğu, onların içindəki vəhşiliyi üzə çıxarır. Qruplaşmalar yaranır, münaqişələr şiddətlənir və nəticədə insanın içindəki qaranlıq üzə çıxır. Lider olmaq, hökm etmək, öz qaydalarını diktə etmək istəyi hekayənin sonunda onları təmiz bir ruha sahib uşaqdan - günahkar insana çevirir. Kiitab niyə “Sineklerin tanrısı” adlandırılıb? Simon meşədə gəzərkən digərləri tərəfindən tərəfindən öldürülmüş donuz başını və onun milçəklərlə örtüldüyünü görür. Onu “Sineklerin tanrısı” adlandırır. Bu - Bibliyada (xristian mətnlərində) “Beelzebub” adlanan şeytani varlıq, cəhənnəm tanrılarından biridir. Onların içindəki qorxunu, xaosu təmsil edir. Təkcə Simon anlayır ki: “Qorxub axtardıqları canavar, yaxşı və pis onların içindədir.” Xoş mütaliələr.
Edebiyat
Sineklerin TanrısıWilliam Golding · Türkiye İş Bankası Kültür Yayınları · 202597,5bin okunma