Sevmədiyimiz insanlar da belədir. Onlar bizim sevdiklərimizə daha da yaxınlaşmağımız və dəyərlərini anlamağımız üçün mövcuddurlar.
Ziddiyyətləri anlamağa çalışın. Xaosdakı ahəngi sezin.
Vaxtilə mən də çox danışan insanlardan biri idim. Ancaq az danışmağı öyrəndim. Müəllimim də adi bir daş oldu. Özümə söz verdim ki, daş kimi susqun və ağır olacağam.
Fəlsəfəmin mənbəyi - həyatdakı səhvlərim və onlardan aldığım dərslərdir. Vaxt gələcək və mənim yaşıma çatanda geri dönüb yaşadıqlarına baxaraq sən də eyni şeyləri deyəcəksən. İnsanın həyatındakı ən böyük müəllimi – yaşadıqlarıdır.