Adam heç vaxt qəlbən, ya zehnən, fikirlə, ya hisslə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüfliyidir. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxunuşun, qəfil külək kimi yaddaşa qayıtması...
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarını qoruyurlar. Aman günüdür ləkə düşər. Əgər mən özümü ləkəli bilmirəmsə, adamlar adıma nə ləkə vurur-vursun vecimə deyil.
Vaxt adamı bilirsən necə dəyişir! Adam heç özü də bilmir, bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilirsən ? Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan.
İnsanın həyatda öz yerini tapması… Məzmunlu və dolğun ömür sürməsi… Başqaları ilə münasibət qura bilməsi…- bütün bunlar həmişə asan, bəzən isə mümkün olmur.