Hesen İsmayıllı

Hesen İsmayıllı
@Hesenismail
Entrepreneur, Tour guide, Hotel guide, Bookseller
Turizm ve otel işletmesi, Tur rehberi
32 okur puanı
Nisan 2020 tarihinde katıldı
Puan vermedi·150 syf.··
2022 9. kitabı
Hökmdar əsəri, intibah dövrünün məşhur dövlət xadimi Nikolo Makiavelli tərəfindən yazılmış və böyük mübahisələr doğurmuş bir əsərdir. Kitab işıq üzü görəndən sonra, elə kitabda da qeyd edildiyi kimi siyasət sahəsinə ikiüzlülük və özbaşınalığı əks etdirən "makiavelizm" termini gəlmişdir. Kitab, "Nikolo Makiavellidən - şöhrətli Lorenzo de Mediciyə" deyə başlayır. Makiavelli hökmdara xüsusilə bildirir ki, onun fikrincə bu kitab ona təqdim ediləcək qədər dəyərli olmasa da onu qəbul etsin. Yazıçı əsərdə, dövlət idarəçiliyini bir çox istiqamətdən şərh etmiş və istər xarici münasibətlərdə, istər ordu quruculuğunda, istərsə də daxili idarəçilik və digər mövzularda hökmdarların etməli olduqları barədə söz açmış, həmçinin müxtəlif dövrlərdə yaşamış hökmdarların səhvlərindən misallar gətirərək onların uğursuzluqlarını və eləcə də öz fikrinin doğruluğunu əsaslandırmışdır. Dövrün şərtlərini nəzərə alsaq, kitabda öz dövlətinin siyasətindən və hökmdarın əməllərindən bəhs etdiyi hissələrə çox az yer verməsi və sadəcə müsbət fikirlər qeyd etməsi, hətta təriflər söyləməsi bir az təbəssüm yaratsa da, edam edilməmək üçün əsas şərtdir deyə düşünürəm :) Kitabın hər bir bölməsi ayrı olaraq maraqlı və sürükləyicidir. Fikrimcə hər kəsin oxumalı olduğu və ya oxusa bəyənəcəyi bir kitabdır (istisnalar həmişə var). Əgər hökmdar olmaq istəyirsinizsə bu kitabı mütləq oxuyun :)
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201820,3bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·208 syf.··
Beğendi
·
2022 4. kitabı
·
6 günde okudu
·
Okunma: 10 Ekim 2022 00:00
Rey Bredberi elmi-fantastik janrın şahlarındandır desək yanılmarıq yəqin ki. Hadisələri və var olan yaxud olmayan hər hansı bir şeyi təsvir etməsi olduqca fərqli və cəlbedicidir, eyni zamanda bir o qədər də ustalıqla işlədiyinə işarədir. Bredberinin bu əsəri yenə də fantastikanın və eyni zamanda təxəyyülün sərhədlərini sınamış və nəticədə möhtəşəm bir iş ortaya çıxmışdır. Elmi-fantastikanın zirvəsi adlanan bu əsər dövrümüzdən çox-çox uzaqlarda - gələcəkdə baş verən hadisələrdən bəhs edir. Yazıçı əsəri başdan sona qədər bir kitabxanada köhnə bir çap maşınında yazdığını qeyd edir. Kitabda bir "yanğınsöndürən"in həyatında baş verən hadisələrdən və bu hadisələr nəticəsində anidən onun yenidən doğulmuş kimi bir anda hər şeyi anlayıb ayılmasından söz açılır. Kitabda bəhs edilən dövrdə artıq insanlar texnologiyanın "oyuncağı"na çevrilmiş bütün günü şənlənir, müxtəlif əyləncələrə sərf edir və kitab, qəzet və s. haqqında heç düşünmürlər belə. Hətta vəziyyət o yerdədir ki, hardasa kitab varsa bunu həyəcan siqnalı ilə xəbər verirlər və bu kitablara nifrət bəsləyirlər. Yanğınsöndürənlərin işi baş verən yanğınları söndürmək deyil də kitabları yandırmaq olub. Onlar qalan bütün kitabları tapır və hətta bəzən bu prosesə əngəl olmaq istəyən kitab sahibləri ilə birlikdə yandırırlar. Bu isə bir növ insanları sadəcə bir neçə lazımsız fəaliyyətlə məşğul edərək onları korlaşdırmaq və dünyadan bixəbər etmək məqsədi daşıyır. Əsərin baş qəhrəmanı Qay Monteq tapdığı bir neçə kitabı oxuyaraq bu işdə bir tərslik olduğunu anlayır və bunun ardınca hadisələr getdikcə alovlanır. Rey Bredberinin əsərlərinin qəribə bir xüsusiyyəti var ki, əsəri oxuduqdan bir müddət sonra hadisələr anidən aydınlanır. Lap başlanğıcda bir qədər kitab sizə anlamsız gələ bilər. Lakin səbrli olub davam etdikdə bu
Bilim-Kurgu
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 2019108,4bin okunma
Puan vermedi
Kitab keçən əsrin ortalarında yazılmış və həmin dövrü özündə əks etdirən möhtəşəm əsərlərdəndir. 1984 əsərini hələ ki oxumasam da Hayvan çiftliğini 1984-ə hazırlıq əsəri adlandırmaq olar deyə düşünürəm. Kitabda heyvanların özlərinə azadlıq qazandıqdan sonra heç fərqinə belə varmadan daha böyük bir əsarətin - öz içlərindən birinin əsarəti altına düşməyindən söz açılır. Heyvanların timsalında dövrün reallığını tam şəkildə əks etdirən yazıçı burada vurğuladığı bir neçə məqamla kütlənin necə korlaşdırılıb idarə edilməsini çox ustalıqla təsvir etmişdir. Kitabı oxuyarkən ətrafımda kimlərin bu kitabı oxuyub oxumadığı haqda kiçik bir sorğu keçirdim və çox yaxın bir dostumun kitab haqqında dedikləri içərisində bir cümlə çox diqqətimi cəlb etdi. Bunu paylaşmaq istərdim: "Dövləti (insanları) idarə etmək üçün düşmən lazımdır. Burda isə Snovbol həmin düşmən rolunda idi." Bunun mənası odur ki, cəmiyyət qarşısına bir düşmən qoyduqda bütün diqqəti, nəzəri, müdafiə qalxanlarını o düşmənə qarşı çevirir hər kəs. Beləliklə, içəridəki düşmənə qarşı kor olur. Açıq-aşkar görünən bir təhdidi qoyub gizli təhdidlər barədə düşünmür. Bu isə əsarət altına düşməyə, məğlubiyyətə gətirib çıxarır. Sonda, " On iki ses, öfkeyle bağırıyordu; hepsi de bir-birine benziyordu. Domuzların yüzlerine ne olduğu sorusu da cevap bulmuştu artık. Dışarıdaki hayvanlar, bir domuzlara bir insanlara bakıyorlardı, ama hangisinin hangisi olduğunu söylemek imkansızdı." deyə bir cümlə ilə bitir kitab. Öz içlərindən olan, onlarla eyni məqsəd uğrunda yola çıxan yoldaşlarının müəyyən bir mövqeyə gəldikdən sonra onlardan imtina edib onları əzməsi, həyatlarının ən önəmli dərsi oldu.
Hayat ve İnsan
Hayvan ÇiftliğiGeorge Orwell · Ezr Yayıncılık · 2021296,4bin okunma
Puan vermedi·600 syf.··
2022 6. kitabı
Bir şəxs və 24 fərqli şəxsiyyət. Qeyri-adi və inanılmaz göründüyü qədər, həm də realdır. Çoxsaylı şəxsiyyət psixi diaqnozu qoyulan Uilyam Stenli Milliqanın (Billi) çətin, keşməkeşli, bir o qədər də əzablı və mən deyərdim ki, bir az da acınacaqlı hekayəsindən bəhs edən kitabda, Billinin uşaqlığından başlayaraq onun həyatı haqqında bir çox faktlar qələmə alınıb. Üzləşdiyi çətinliklər, ittihamlar, aldığı travmalar, ona qarşı edilən bir çox "pisliklər" və daha bir çox dözülməsi mümkün olmayan, hətta, hər insanın öhdəsindən gələ bilməyəcəyi vəziyyətlərlə üzləşməsi - Milliqanın həyatının nə dərəcədə dözülməz olduğunu anlamağa kömək edəcək. Hər biri digərindən, öz xüsusiyyətləri ilə kəskin dərəcədə fərqlənən 24 fərqli adam (onlar özlərini belə adlandırıblar). Bu fərqlərə yaş, fərdi xüsusiyyətlər, dini və etnik mənsubiyyət, həyat və düşüncə tərzi, həmçinin, müxtəlif maraq, bacarıq və qabiliyyətlər və təbii ki, bir çox sadalamadığım göstəricilər aiddir. (əgər yazsam yəqin ki, kitabın yarısını yazmalı olaram :) )Təkcə 24 "şəxsiyyətin" bir cisimdə birləşməsinin insanda oyatdığı maraq belə, bu kitabı oxumağa həvəs yaradır. Məzmun və yazı üslubu cəhətdən möhtəşəm və bir o qədər də axıcıdır. Qeyd etməliyəm ki, kitab real faktlar əsasında, həmçinin, Billi və onunla əlaqəsi olan 62 nəfərdən götürülən müsahibələr sayəsində ərsəyə gəlmişdir. Burada yazılanlar kitabdan daha çox, oxuyarkən, film kimi gözünüzdə canlanacaq real hadisələri əks etdirən bir həyat hekayəsidir. Nə qədər nevroloji xəstəlikdən əziyyət çəksə də, digər insanlardan böyük ölçüdə fərqlənsə də və hətta cəmiyyət üçün təhlükə belə yaratsa, nəticə etibarilə "İNSANDIR". Bəli, burada sadəcə Milliqanın həyat hekayəsi deyil, həm də bir çox insana, insanlıq dərsi verəcək mövzulardan bəhs edilib. Düşünürəm ki, hər bir şəxs
Billi Milliqanın Sirli HekayəsiDaniel Keyes · Qanun Nəşriyyatı · 2019983 okunma
Puan vermedi·168 syf.··
2022 5. kitabı
Kitab ötən əsrin ilk yarısında yaşamış və yaşadığı dövr ərzində SSRİ-də qısa zamanda ən yüksək statuslardan birinə yiyələnmiş olan Lavrenti Pavloviç Beriyadan bəhs edir. Bir çox araşdırmalar, dəlillər, arxiv sənədləri, həmin dövrdə yaşayan ziyalılarımızın və həmçinin Sovet Rusiyası liderlərinin xatirələrindən və bir çox başqa mənbələrdən toplanan məlumatlar əsasında hazırlanan kitabda, SSRİ-nin qəddar rəhbərlərindən biri olan Beriyanın həyatı və xüsusilə fəaliyyəti ön planda araşdırılıb yazılmışdır. Məlumat üçün qeyd edim ki, əslən gürcü olan L.P.Beriya hələ gənc ikən Bakıya gəlmiş və burda təhsil almışdır. Sonradan burada yaşayıb işləməyə başlayan gənc Beriya 1917-ci ildə Müsavat partiyasına üzv olmuş və sonrada AXC-nin "Əks-kəşfiyyat" idarəsində agent olaraq işləmişdir. 1920-ci ildə Sovet hökuməti yaradılan vaxt bir müddət gizlənmiş sonradan isə yenidən bu hökümətin vəzifə pillələrinə namizəd olaraq qısa zamanda ən yüksək vəzifələrdən birini əldə etmişdir. Maraqlı tərəf burasıdır ki, çar hökumətini həmçinin rusları heç sevməməsinə və hər fürsətdə onlara qarşı mübarizə aparmasına rəğmən SSRİ yaradılan kimi bu ittifaqın rəhbərliyinə tabe olmuş, qırmızı lider və əli qanlı qatil olaraq tarixdə iz qoymuşdur. 1953-cü ildə əvvəllər AXC-də agent olaraq çalışması və elə həmin vaxt da agent kimi fəaliyyət göstərməsi səbəb göstərilərək həbs edilmiş və məhkəmə qərarı ilə güllələnmişdir. Kitab faktlarla olduqca zəngindir, həmin dövrün reallıqları - istər dövlət səviyyəsində, istərsə də xalq səviyyəsində - göz önünə sərilmişdir. Hadisə əlaqələndirmələri olduqca yaxşı işlənmiş və çaşqınlıq yaratmır. Oxumağa dəyən bir kitabdır.
Siyaset
Beriya MüəmmasıDilqəm Əhməd · Çapar Yayınları · 06 okunma