Aleksandr Düma, Edmond Dantes'in həbsxana təcrübəsini "Château d'lf" həbsxanası əsasında yazıb. Həqiqətən də orada həbs olunmuş François Picaud adlı tacir Dantes'in həbsxanadakı həyatının ilham mənbəyidir.
Xəritədə Monte Kristo adası həqiqətən var idi. Düma onu bəzi dəyişikliklər edərək kitabda təsvir edib.
Yəqin ki, hamımız Mercedes'i qınamışıq. Lakin o, Edmond'un yoxluğunda həyatını qorumalı idi. Bu, bəhs olunan dövrdə qadın obrazların təsviri üçün vacib idi.
Edmond kitab boyunca beşdən çox rola girib. Bu oxumağı çətinləşdirəcəkmiş kimi görünsə də, heç də elə deyil. Əksinə, obrazdan obraza dəyişməyi bacarmağı oxucunu valeh edir. Mənim favorim həmişə gənc dənizçi Edmond Dantesdir.
Keçənlərdə baxdığım "The shawshank redemption" (Esaretin Bedeli) filmində kitabımızla bağlı qısa səhnə var. Baxmış olan varsa nədən bəhs etdiyimi anlayacaq. Oxumamış olan insanlarda belə filmdəki söhbətdən sonra kitaba qarşı maraq oyanacağını düşünürəm.
Son olaraq, demək istədiyim, Monte Kristo Kontu filminə baxmayın, qoyun, obrazlar, məkanlar, hadisələr xəyalınızda qurduğunuz kimi qalsın.