Hüseyn

Hüseyn
@Huseyn_Huseynli
How could I ever know you? When you are miles and miles away How could I forgive myself? How blind and scared I was
Puan vermedi·160 syf.·
2023 12. kitabı
Kitabın mövzusu çox sadədi. Hətta türk seriallarının senarisi ilə müqayisə belə etmək olar. Amma kitabı yazan Dostoyevski olanda ortaya başqa bir şey çıxa bilir. Kitabdakı psixoloji təhlilləri çox bəyəndim və sırf buna görə oxumağa dəyər. Bu kitabı başqa sıradan yazıçı yazsa Elatlının intiqam mövzulu kitablarından fərqi olmazdı deyə düşünürəm.
Dostoyevski
Əbədi ƏrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20193,536 okunma
Reklam
Puan vermedi·1015 syf.·
2023 11. kitabı
Gözəl kitab olsa da gəncliyin ilk dövrlərində oxunsa daha təsirli olacağını düşünürəm. Çünki müəyyən qədər mütaliə təcrübəsi olan və yaşı bir qədər çox olan biri (ən azından mən) kitab seçimlərində daha seçici olmağa çalışır. Həmin səbəblə bu kitabı oxumamaq fikrində olsam da spontan qərarla oxumağa başladım. Kitab mənə çox şey qazandırdı desəm doğru olmaz. Amma ümumən içində yaxşı fikirlər də vardı. Kitabın ilk cümləsi o dərəcə məşhurlaşıb ki, kitabı oxumayan əksər oxucular da həmin fikirlə tanışdı. Ona görə o cümləni sevsəm də burda təkrar yazmayacam. Kitabla bağlı onu deyə bilərəm ki, bu kitab tək romantikayla bağlı deyil. Tolstoy müxtəlif obrazların diliylə müxtəlif məsələlərə öz yanaşmasını göstərib. Hətta çoxları kimi mən də belə düşünürəm ki, Levin obrazıyla yazıçı öz prototipini yaradıb. Kitabda evliliklə bağlı çox qəşəng yanaşma yadımda qalıb. Deyir, evliliklə bağlı qurduğun xəyallarla reallıq arasında fərq, gölün kənarında duraraq qayıqlı mənzərəni izləməklə göldə həmin qayığı idarə etməyin müqayisəsi kimidi. Mənzərə olaraq qayığın suda üzməsi sənə estetik zövq versə də, sükan arxasında sən olduğunda ayağının altında su olduğunu daim xatırlamalı, qayığı lazım olan yerə hərəkət etdirmək üçün avar çəkib ona istiqamət verməlisən. Ki bu da məlum məsələdi ki, kənardan sadəcə tamaşa etməklə eyni deyil. Bunun kimi maraqlı təhlillər çox idi kitabda. Və kitabı sevdirən ən çox həmin hissələri idi. Beləcə Tolstoyun demək olar əksər vacib əsərlərinin hamısını oxuyub bitirmiş oldum. Düşünmürəm yenidən Tolstoyun kitablarına qayıdacam.
Anna KareninaLev Tolstoy · İletişim Yayınları · 201355,7bin okunma
Ich kann weder in einem Theater noch in einem Kino lange aushalten, kann kaum eine Zeitung lesen, selten ein modernes Buch, ich kann nicht verstehen, welche Lust und Freude es ist, die die Menschen in den überfüllten Eisenbahnen und Hotels, in den überfüllten Cafés bei schwüler aufdringlicher Musik, in den Bars und Varietés der eleganten Luxussstädte suchen, in den Weltausstellungen, auf den Korsos, in den Vorträgen für Bildungsdurstige, auf den großen Sportplätzen – ich kann all diese Freuden, die mir ja erreichbar wären und um die tausend andre sich mühen und drängen, nicht verstehen, nicht teilen. Und was hingegen mir in meinen seltnen Freudenstunden geschieht, was für mich Wonne, Erlebnis, Ekstase und Erhebung ist, das kennt und sucht, und liebt die Welt höchstens in Dichtungen, im Leben findet sie es verrückt. Und in der Tat, wenn die Welt recht hat, wenn diese Musik in den Cafés, diese Massenvergnügungen, diese amerikanischen, mit so wenigem zufriedenen Menschen recht haben, dann habe ich unrecht, dann bin ich verrückt, dann bin ich wirklich der Steppenwolf, den ich mich oft nannte, das in eine ihm fremde und unverständliche Welt verirrte Tier, das seine Heimat, Lust und Nahrung nicht mehr findet.
Nə teatrına, nə kinosuna dözür, nə qəzetini, nə də müasir kitablarını oxuya bilirəm. Heç başa düşmürəm ki, bu insanlar ağzına kimi dolu vağzallarda, otellərdə, sönük, zəhlətökən musiqilərin başına götürdüyü qəhvəxanalarda, varyetelərdə, beynəlxalq sərgilərdə, bayram şənliklərində, elm-savad tamarzıları üçün oxunan mühazirələrdə, iri idman meydanlarında hansı həyat həvəsini, hansı sevinci axtarır?! Minlərlə adamın əldən-ayaqdan getdiyi bu sevincləri mən nə anlayır, nə də bölüşürəm. Halbuki, istəsəm, hamısı mənə də nəsib olar. Ömrümün çox nadir xoşbəxt anlarında mənim duyğularımı, adına əsl səadət, böyük hadisə, ekstaz, əsl ilham dediyim şeyləri isə – aləm olsa-olsa, poeziyada axtarır, poeziyada sevir. Adi həyatda isə bunları səfehlik sayır. Əgər bütün aləm düz eləyirsə, qəhvəxanalardakı musiqi, kütləvi əyləncələr, aza qane olan amerikansayağı adamlar haqlıdırsa, demək, onda mən haqsızam, mən dəliyəm, demək mən elə doğrudan da, tez-tez dediyim kimi, yalquzağam, yolunu azıb tanımadığı, bilmədiyi, duymadığı bir aləmə düşən, özünə yurd-yuva, yemək-içmək tapmayan heyvanam.