Hüseyn

Hüseyn
@Huseyn_Huseynli
How could I ever know you? When you are miles and miles away How could I forgive myself? How blind and scared I was
Puan vermedi·184 syf.·
2023 13. kitabı
Kitab haqda yazmaqdan qabaq ilk öncə onu deyim ki, yarımçıq qalmış kitabları əksər vaxtlar oxumaqdan qaçmışam. Niyəsini təxmin etmək çətin olmaz deyə səbəbi yazmıram. Bu kitabın da yarımçıq qalmağını sonradan oxudum. Bəlkə ona görə də çox zəif gəldi mənə. Xüusilə sonluğu necə gəldi yazıblar ki, təki kitabı tamamlayıb çapa versinlər. Qərar vermək səlahiyyəti məndə olsa kitabı çap etdirməməyi seçərdim. Çünki məncə Zweig özü də kitabının bu halda nəşr olunmasını istəməzdi. Məncə)) Amma bir şeyi də mütləq qeyd eləməliyəm ki, dəyərli fikirlər də çox idi. Onsuz kitabı Zweig yazıbsa bu təbii haldı. Kitabda Montaigne.in də adı keçməyi xoşuma gəldi)
Stefan Zweig
ClarissaStefan Zweig · Can Yayınları · 201017bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
#notes from madhouse
Mən neyləyirəm bu insanların dünyasında, ata?! Kim nə aldı, mənə iqtisadi xəbər kimi maraqsız Dünən gecə yandırdım şam, çağırdım ruhlar Onlar gəlir və danışır gecə sehirli nağıl Bizi kim oyada bilər bu yuxudan, ata?! Əgər yuxu bizə sizin həqiqətdən şirinsə? Sizin şəffaf dəlixanada alır ölülər torpaq Kasıblar biznes açır, cavanlar evlənir kreditlə Biz istəmirik belə bir dünyada yaşamaq, aman! Xoşumuza gəlmir, zövqümüzə uyğun deyil qaydaları Siz saxlayırsınız toyuq-cücə, bu məntiqli, bu biznes Biz isə yedizdiririk damda azad qarğaları! Deməli bizdədir problem, deməli bizik dəli Canavar quduzlaşmış it gözündə küçüklərin Qarğalar - eybəcər ördək, azad ruhlular - xəstə Nəsimi dedi: "Ənəlhəqq!" - onu qovdular dərsdən. Qaraqan
There were many terrible things in my life and most of them never happened.
Philosophy
Puan vermedi·160 syf.·
2023 12. kitabı
Kitabın mövzusu çox sadədi. Hətta türk seriallarının senarisi ilə müqayisə belə etmək olar. Amma kitabı yazan Dostoyevski olanda ortaya başqa bir şey çıxa bilir. Kitabdakı psixoloji təhlilləri çox bəyəndim və sırf buna görə oxumağa dəyər. Bu kitabı başqa sıradan yazıçı yazsa Elatlının intiqam mövzulu kitablarından fərqi olmazdı deyə düşünürəm.
Dostoyevski
Əbədi ƏrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20193,535 okunma
Puan vermedi·1015 syf.·
2023 11. kitabı
Gözəl kitab olsa da gəncliyin ilk dövrlərində oxunsa daha təsirli olacağını düşünürəm. Çünki müəyyən qədər mütaliə təcrübəsi olan və yaşı bir qədər çox olan biri (ən azından mən) kitab seçimlərində daha seçici olmağa çalışır. Həmin səbəblə bu kitabı oxumamaq fikrində olsam da spontan qərarla oxumağa başladım. Kitab mənə çox şey qazandırdı desəm doğru olmaz. Amma ümumən içində yaxşı fikirlər də vardı. Kitabın ilk cümləsi o dərəcə məşhurlaşıb ki, kitabı oxumayan əksər oxucular da həmin fikirlə tanışdı. Ona görə o cümləni sevsəm də burda təkrar yazmayacam. Kitabla bağlı onu deyə bilərəm ki, bu kitab tək romantikayla bağlı deyil. Tolstoy müxtəlif obrazların diliylə müxtəlif məsələlərə öz yanaşmasını göstərib. Hətta çoxları kimi mən də belə düşünürəm ki, Levin obrazıyla yazıçı öz prototipini yaradıb. Kitabda evliliklə bağlı çox qəşəng yanaşma yadımda qalıb. Deyir, evliliklə bağlı qurduğun xəyallarla reallıq arasında fərq, gölün kənarında duraraq qayıqlı mənzərəni izləməklə göldə həmin qayığı idarə etməyin müqayisəsi kimidi. Mənzərə olaraq qayığın suda üzməsi sənə estetik zövq versə də, sükan arxasında sən olduğunda ayağının altında su olduğunu daim xatırlamalı, qayığı lazım olan yerə hərəkət etdirmək üçün avar çəkib ona istiqamət verməlisən. Ki bu da məlum məsələdi ki, kənardan sadəcə tamaşa etməklə eyni deyil. Bunun kimi maraqlı təhlillər çox idi kitabda. Və kitabı sevdirən ən çox həmin hissələri idi. Beləcə Tolstoyun demək olar əksər vacib əsərlərinin hamısını oxuyub bitirmiş oldum. Düşünmürəm yenidən Tolstoyun kitablarına qayıdacam.
Anna KareninaLev Tolstoy · İletişim Yayınları · 201355,6bin okunma