Yenə planımda olmayan bir kitabı anidən yadıma düşdü deyə oxumaq qərarı verdim. Səhifə sayı azdı deyə elə də çətin qərar olmadı.
Kitab haqqında bilmirəm nə deyim. Düşünürəm ki, oxuyanlar hərəsi fərqli cür anlayıb kitabı. Mənə maraqlıdı, yazıçı özü əslində nə mesaj vermək istəyirdi.Başa düşmədim Bartleby depresiyadaydı yoxsa sistemə üsyan edirdi öz aləmində, ya da nəydi "tərcih etməməyinin" səbəbi.
Qısaca, belə fərqli kitabları sevirəm. Yetər ki şablon mövzular olmasın. Lap şablon olsa da özünəməxsus yanaşmasını ortaya qoya bilsin.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Kitab haqda yazmaqdan qabaq ilk öncə onu deyim ki, yarımçıq qalmış kitabları əksər vaxtlar oxumaqdan qaçmışam. Niyəsini təxmin etmək çətin olmaz deyə səbəbi yazmıram. Bu kitabın da yarımçıq qalmağını sonradan oxudum. Bəlkə ona görə də çox zəif gəldi mənə. Xüusilə sonluğu necə gəldi yazıblar ki, təki kitabı tamamlayıb çapa versinlər. Qərar vermək səlahiyyəti məndə olsa kitabı çap etdirməməyi seçərdim. Çünki məncə Zweig özü də kitabının bu halda nəşr olunmasını istəməzdi. Məncə))
Amma bir şeyi də mütləq qeyd eləməliyəm ki, dəyərli fikirlər də çox idi. Onsuz kitabı Zweig yazıbsa bu təbii haldı. Kitabda Montaigne.in də adı keçməyi xoşuma gəldi)
Mən neyləyirəm bu insanların dünyasında, ata?!
Kim nə aldı, mənə iqtisadi xəbər kimi maraqsız
Dünən gecə yandırdım şam, çağırdım ruhlar
Onlar gəlir və danışır gecə sehirli nağıl
Bizi kim oyada bilər bu yuxudan, ata?!
Əgər yuxu bizə sizin həqiqətdən şirinsə?
Sizin şəffaf dəlixanada alır ölülər torpaq
Kasıblar biznes açır, cavanlar evlənir kreditlə
Biz istəmirik belə bir dünyada yaşamaq, aman!
Xoşumuza gəlmir, zövqümüzə uyğun deyil qaydaları
Siz saxlayırsınız toyuq-cücə, bu məntiqli, bu biznes
Biz isə yedizdiririk damda azad qarğaları!
Deməli bizdədir problem, deməli bizik dəli
Canavar quduzlaşmış it gözündə küçüklərin
Qarğalar - eybəcər ördək, azad ruhlular - xəstə
Nəsimi dedi: "Ənəlhəqq!" - onu qovdular dərsdən.
Qaraqan