Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İmanova Jalə

420 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Çox amma çox ağır kitab idi. Təsirindən çıxmaq o qədər də asan deyil. İndidən deyim spoi ola bilər. Məsumə.. Uşağ vaxtından bütün zülmlərlə qarşılaşan, öz düşüncəsini yox sayan bir ailədə yaşayıb, qız olduğuna görə onu həmişə əzən bir ana ata ilə yaşamağın, övlad üçün necə böyük bir təsiri var bu əsəri oxuyub başa düşdüm. O dövrdə bəlkə də belə
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,557 okunma
Reklam
250 syf.
10/10 puan verdi
·
Beğendi
Qızlar analarının talehini yaşayırlar) Kitab çox sadə dillə yazılmış bəzi həyat gerçəklərin ortaya çıxarır. Kitabın adını oxuduqda anlamışdım ki mənə təsir edəcək, elə də oldu. Niyə yaxşı insanlar həyatdan tez köçür? Bunun cavabını heç cürə tapa bilmirəm. Təsadüf sayəsində tanış olub, bir birinin həyatı olan iki gəncdən bəhs edir kitab. Təsadüflərə inanan biri deyiləm, və heç bir zamanda inanmayacam, çünki bir şey olacaqsa əlbət bir səbəbi vardır. Fərəh erkən yaşda ata sevgisindən məhrum olmuşdu bu hissi Orxanla doldururdu. Orxan getdikdən sonra isə yanlız tək başına qaldı. . Ümid edirəm hər kəs sevdiyinə qovuşar bir gün, qısaca oxumağa dəyər bir kitab idi).
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015235 okunma
47 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Namus, əxlaq nədir bu namus əxlaq? Sadəcə qadınlar üçün var olan bir şeydir mi?.. Qadınları bu cür kiçik görən insanlar nə yazıq ki hələ də var. Oxuduqca görürük ki, bir zamanlar yaşadığlarına görə gülünc mənbəyi olan Sevil, zaman keçdikdə özünü inkişaf etdirib, hər şeyi anlayan bir qadın olur. Təəssüflər olsun ki hələ də keçmiş Sevilin düşüncəsində olan qadınlar indi də var. Ümid edirəm ki bir gün onlar da Sevil kimi öz dünya görüşünü dəyişər. Oxumağı tövsiyyə edəcəyim bir kitab oldu. Oxumaq istəyənlərə xoş mütaliətlər:)
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928340 okunma

Okur Takip Önerileri

Tümünü Gör
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Gənc yazarın bu kitabı.. O qədər axıcı bir dildə yazılıb ki bir an belə olsun sıxılmadım. Ən çox Murada görə pis oldum, sonunu belə gözləmirdim. Mənə görə oğlan və qız dostluğunun ən gözəl nümunəsi Mələk ilə Murad idi.Kaş Murad hisslərini əvvəlcədən desə idi, çünki zaman heç nəyi düzəltmir, və bizim üçün dəyərli olan insanlar gec deyilmiş sözlərə görə həyatımızdan çıxır. Muradla bəzi ortaq cəhətimizin olduğunun fərqinə vardım, və demək olar ki bu kitab mənə çox şey öyrətdi. Muradin da dediyi kimi, hiss onu yaşamaq üçün, hiss etmək üçündür. Onu idarə etmək olmaz. Yalnız hiss etmək olar. Düz də olsa səhv də olsa onu yaşamaq lazımdır.. . Ümid edirəm gənc yazarımızın əsərləri dəvamlı olar.
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0128 okunma
·
Puan vermedi
Gülən adam.. Tək kəlimə ilə mükəmməl!! Victorun dəstixətti hər zaman romantik və tarixi olmuşdur. Kitabda bir çox məlumatlar var və onları oxuduqca sıxılmayacaqsınız, əksinə çox marağlı nüanslarla tanış olacaqsınız. Gələk mövzuya "Çirkin" adlandırılan kişinin bir "kor" qızı sevməsindən bəhs edir. Nəzərə alaq ki bu kişi onun həyatını xilas edib hekayə daha da marağlı olmaya başlayır. Oxuyun oxutdurun deyəcəyim bir kitab oldu.
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020252 okunma