"İnsanların əhvalını hadisələr deyil, o hadisələrə dair təsəvvürləri korlayır". İnsanlar yanlış olaraq hesab edirlər ki, bizi qəmləndirən, qorxudan, həyəcanlandıran, qəzəbləndirən, depressiyaya salan başımıza gələn hadisələrdir. Hətta bu yanaşma danışığımıza belə təsir edir. Yəni, əslində, "utancverici hadisə", "stres yaradan iş", "cansıxıcı şərait" ifadələri yanlışdır. Çünki heç bir hadisə, iş, yaxud şərait mütləq olaraq hansısa konkret hissi yaratmır. Hisslərimiz hadisəyə baxış tərzimiz, təlqinlərimiz nəticəsində formalaşır. Müəyyən şəraitdə qorxu təlqin etsək, qorxu, ümid təlqin etsək, ümid yaranacaq.”