Jane Eyre

Jane Eyre
@Janette_
Bir kitabdakı obraz olmaq istərdim; heç nəfəs almayıb çox nəfəs aldıran...
10/10
·264 syf.··
2022 42. kitabı
·
22 günde okudu
·
Okunma: 14 Ekim 2022 11:10
Uzun zamandır incələmə yazacam deyə gün gözləyirdim. Nəhayət əsər barədə dağınıq fikirlərimi bir yerə toplaya bildim. Aljir...ilk dəfə adını oxuyanda nə mənaya gəldiyini sözün həqiqi mənasında anlamamışdım. Sonra kitabı vərəqlədiqcə doğma bir şeylər hiss etdim...doğma kəslər. Ülviyyə Tahirdən oxuduğum ilk əsər olmasına baxmayaraq qələmini çox bəyəndiyimi söyləyə bilərəm. Əsər repressiya dövrünün qaranlıq səhiflərinə işıq tutacaq qədər qüvvətlidir, zənnimcə. Yazmaq istəyirəm, Aljirdəki iztirabları yazmaq istəyirəm, amma hiss etdirə bilərəmmi? Təbii ki, xeyr... "Nəyin uğruna mübarizə aparır insanoğlu?" Uğrunda mübarizə apardıqları quruluş tərəfindən vətən xaini elan edilən o kəslər...onların həyat yoldaşları, övladları... çəkdikləri işgəncələr, iztirablar, həsrət, tökdükləri göz yaşları, qanlar...və sükut...Sükut həmişə sözün yoxluğundan deyil, dərdin çoxluğundan qaynaqlanır. Onların sükutu isə Akmol düşərgəsi, Aljir idi...onlar susdurulan, susmağa məhkum edilənlər idi. Nə üçün? çünki bu rejim üçün ziyalı demək təhlükə deməkdir. Əsərdə keçmişin qaranlıq dəftəri indiki zamanla sintez halında təqdim edilir. Hansı ki, oxuyanda belə ürəkləri sızladan hadisələrin daha dərin izlərini, xatirələrini daşımaq, hər gün vicdan əzabından qıvranmaq, keçmişi nəyinki unutmaq heç kənar rəfə belə qaldırıb qoya bilməmək...sadəcə işgəncədir. Hansı ki, ssenarist həmin hadisələrin əzabı ilə yaşayan, fəqət müəllifin də qeyd etdiyi kimi bir növ ana qayğısından məhrum edilərək manqurtlaşdırılmağın ağuşuna tərk edilmiş "vətən xaini" övladının xatirələrini böyük bir ürək ağrısı ilə dinləyir, çox vaxt bu istəyindən imtina edir, bu işgəncəyə son verəcəyimi zənn edərək kitabı yarıda saxlamaq istəyim kimi... Əlləri qələm tutmalı olan ziyalı xanımlar bel, kürək çevirirdi...hər şey aydındır kifayət
Hayat
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019271 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"İnsan ki elm oxudu, gərək onun elmindən elmsizlər az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək korlara göz, qaranlıqda qalanlara çıraq olsunlar. Elmli adamlar hamıdan artıq bizlərə lazımdır. Çünki camaatımız başsızdırlar."
Sayfa 83·Kitabı okudu
Edebiyat
"Bədbəxt cavan" faciəsi.
Fərhad: Əmi, siz bilin ki, bəyi bəy, rəiyyəti rəiyyət eləyən bizim kimi bir adamdır. Vaxt ki, onları sizin ixtiyarınıza veriblər, gərək siz onlara atalıq eləyəsiniz. Yəni çalışasınız ki, rəiyyətin elmi artsın, güzərənı artsın. Hacı Səməd ağa: Bala mən deyəni sən başa düşmürsən. Gedib bir para sarsaq kitablar oxuyubsan, oturub danışırsan. Rəiyyət nədir, dövlət nədir, elm nədir, sənət nədir? Fəxrəddin demiş bir çiçəklə bahar olmaz... Əbdürrəhim Bəy Haqverdiyev
İnsanın ağıllı olmaq, təhsil almaq istəməsində, dünyanı və özünü dərk etməsində pis nə ola bilər?
Sayfa 120·Kitabı okudu