Ah, heç bir başqa əzab buna tay ola bilməzdi: əfv etmək istəyəsən, əfv etməyə çalışasan, lakin biləsən ki, bu mümkün deyil, əfv edə bilməzsən, buna cəsarət etməzsən...
Axı o, insanın çəkə biləcəyi bütün əzabları çəkib! Onun qəlbinin ən qiymətli hissəsini palçığa atdılar, gəlib-gedən onu tapdaladı. Onun qəlbində elə bir yer qalmayıb ki, ora başqasının nifrətilə damğalanmamış olsun, başqasının dəhşətli istehzası ilə şırımlanmamış olsun!
- Mən elə düşünürəm ki, ölülərin ölü kimi qalması yaxşıdı. Unutmaq - çətin şeydir. Mən sizin ölüb getmiş dostunuzun yerinə olsaydım, yenə də ölü kimi q-q-qalardım.
"Keçmiş - ölümündür, gələcək - sənin!" Nə qədər ki, gələcək sizindir -ondan istifadə edin: keçmişdə tutduğunuz pis bir iş haqqında deyil, gələcəkdə görə biləcəyiniz yaxşı işlər haqqında düşünün.
Sayfa 135 - Şelli Persi Bişi - ingilis şairi·Kitabı okudu