Müdrik deyirdi: Mən səadət axtarışında bütün dünyanı gəzdim. Gecə-gündüz yorulmadan axtardım.Bir gün onu tapmaqdan tam ümidimi üzdüyüm zaman içimdən bir səs mənə dedi: "Səadət sənin özündədir". Mən bu səsə qulaq verdim və həqiqi, daimi səadəti tapdım.
"Əyyubu da yada sal! O zaman ki, Rəbbini çağıraraq dedi: Həqiqətən, mənə çoxlu zərər və bəla üz vermişdir və Sən rəhmlilərin rəhmlisisən.
Biz də onun duasını qəbul etdik. Ona dəyən zərəri aradan götürdük. Bizim tərəfimizdən ona (Əyyuba) rəhmət və ibadət əhlinə də xatırlatma olsun deyə ailəsini (ölümlərindən sonra təzədən) qaytardıq. Onların bənzərlərini də ailəsi ilə birgə ona əta etdik".
"Agah olun ki, Allah-təala hər bir müsibətdə matəm sahibinə səbir və ürək-dirək verər Məhv olan hər bir şeyin yerinə başqa şey qoyar, əldən çıxanın da əvəzini verər. Ona görə də Allaha etimad edin!"