Sevmək, sevgi hissini dadmaq hər acıya, ağrıya rəğmən gözəldir. Sevən bir qəlbə sahibsinizsə, qəlbiniz hər şeydən gözəldir. İstər tamamlansın, istərsə də yarım qalsın...insan öz əlinin,öz qəlbinin barını hər zaman dəyərli tutur,tutmalıdır da.Tutmasa anlardımı şeirlərdəki gizli sirrləri, tapardımı misralarda gizlənmiş utancaq hissləri, darıxardımı şeirlərdə yazılan, bir vaxtlar yaşanan heca-heca bölünən tanış xatirələr üçün...ya da heç yaşanmayacaq arzular üçün.
Mənim üçün sevimli şeir kitablarım içərisində xüsusi yer alan, seçdiyim, sevdiyim şairlər sırasında yer tutdu Məmməd İsmayıl. Nə yaxşı ki, qələmi sevgi mürəkkəbli belə şairimiz,şairlərimiz var. Kitab kövrətdi də, gülümsətdi də. Bəzən darıxmaqdan utanmamağı, bəzən də nifrəti sevgiylə yoğurub unutmağı öyrətdi...Yenə də sonda " sevgi, sevgi" deyə hər şeyin sonuna imza atdı... Hər sevginin sonunda hara qaçsan da qəlb ağrısının,həsrətin səninlə gedəcəyini açıq-açıq başa saldı...
Kitablardan, daha doğrusu yaşanmışlığı kitablar vasitəsiylə bizə çatdıracaq olan qələm üstadlarından öyrənəcəyimiz çox şey var. Yaxşı ki, varlar.
İlk olaraq kitabı mənimçün əlçatan edən, eləcə də paylaşdığım şeirləri oxuyan hər kəsə sonsuz təşəkkürlər. Sevdiyim şeyləri sevən kəslərlə uzaqdan da olsa bir nöqtədə kəsişəndə çox sevinirəm. Ruhunuza hüzur verən hər şey sizinlə olsun.
Sonda bu kitabdan sevdiyim bir bəndlə bitirim yazımı:
MƏN BUNA MƏHƏBBƏT
DEMƏRƏM DAHA
Sevdalı günlərim arxada qalır,
Keçirəm şübhələr xiyabanından.
Narahat duyğular, hisslər qocalır,
Bir can da ayrılıb gedir canından.
İlk eşqin xatirə yağışı altda,
Varmı ümid yeri gələn sabaha?!
Ötəri istəklər varsa həyatda,
Mən buna məhəbbət demərəm daha.
Üst-üstə yığılır bir qız qəlbinə,
Yarımçıq məhəbbət macəraları.
Gəl indi oğulsan onu araşdır,
Yaddaşa yazılan bir ömrü