Bu aralar fərqinə vardım ki, hesabımda qarşılıqlı izləmədə olan, bir çox hesablarla izləmədən çıxmışıq. Öncə düşündüm ki, qarşı tərəf'lər məni izləmədən çıxarıb, tamam, normal qəbul etdim. Sonra yenidən fərqinə varıram ki, bu qarşılıqlı olur. Birbaşa məndən də çıxılır. Heç kəsi izləmədən çıxarmadığım halda( istisnalar başqa).
Dünən bir tanışım, buna görə məndən inciyir. Ay başına dönüm, mənim heç nədən xəbərim yoxdu axı😀.
Sözümün canı odur ki, belə halla qarşılaşsanız, siz Allah məndən küsüb eləməyin. Vallah çəkə bilmirəm. Hövsələm də yoxdur. Olub olub da. Yəqin texniki problem var.Gördünüz belədir, gəlin həll edək, olub bitsin.